- Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi
- Layihə üzrə agentliyin təmsil edilməsi, müvafiq qurumlarla münasibətlərin qurulması və tənzimlənməsi
- Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət
- Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi
- Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi
- Yeni layihənin icrası, onun detallı şəkildə planlaşdırılması və partyorlardan dizayn proyektin alınmasını təşkil etmək
- Kontraktorlar müəyyən edildikdən sonra onlarla müqavilələri bağlamaq və layihənin dizayn proyektə uyğun olaraq icrasını təmin etmək
- Bütün işlər bitdikdən sonra layihəni düzgün şəkildə təhvil vermək
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi
- Ali təhsil
- Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə layihə rəhbəri kimi ən azı 3 il iş təcrübəsi
- Yüksək səviyyədə azərbaycan, ingilis və rus dili biliyi
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı
- Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı
- Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı
- Təşəbbüslər ilə çıxış etmək bacarığı
- Gərgin iş rejimində işləmək bacarığı Uyğun namizədlər cv-lərini emailinə göndərməkləri xahiş olunur