İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 dan– 19:30 d'k (1 saat nahar fasiləsi).Peşəkar inkişaf: Şirkət daxilində real təcrübə toplamaq, mühasibatlığın dərinliklərini öyrənmək və gələcəkdə karyera yüksəlişi imkanı.Mühit: Dinamik iş mühiti və peşəkar komanda tərəfindən mentorluq dəstəyi.Perspektiv: İddialı və öyrənməyə həvəsli namizədlər üçün qısa müddətdə müstəqil mütəxəssis səviyyəsinə yüksəlmə şansı.
Təhsil: Maliyyə və ya mühasibat uçotu sahəsində ali təhsil.Proqram təminatı: 1C (8.3) versiyasında iş təcrübəsi mütləqdir; MS Excel bilikləri.Analitik bacarıq: Böyük həcmli məlumatlarla işləmə və rəqəmlərdəki uyğunsuzluqları aşkar etmə qabiliyyəti.Qanunvericilik: Vergi Məcəlləsi üzrə baza biliklər.
İlkin sənədləşmə: Hesab-fakturaların, qaimələrin və digər ilkin mühasibat sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi.Anbar uçotu: Ambarda mal qalıqlarına nəzarət edilməsi, dövriyyənin izlənilməsi və inventarizasiya prosesində iştirak.Arxiv və təftiş: Keçmiş illər üzrə aparılmış əməliyyatların yoxlanılması, xətaların müəyyən edilməsi və sistemləşdirilməsi.Bank və kassa: Daxili ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının 1C proqramına işlənilməsi.Hesabatlılıq: Aylıq daxili maliyyə və idarəetmə hesabatlarının hazırlanması.E-portallar: E-qaimələrin tərtibi və dövlət portalları (e-taxes.gov.az) ilə iş.
Контактный номер: (050) 616-72-12