Şirkət: Orzax / BioHerbalBaku
İş yeri: Bakı / Yaş aralığı: 25 - 40
İş rejimi: Tam ştat (sahə işi)
2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır.Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir.
Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Aptek Satış Nümayəndəsi axtarırıq.
Vəzifənin məqsədi:
Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır.
700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
Premya sistemi
Yemək kartı
Benzin kartı
Geyim dəstəyi
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Müraciət qaydası: mövzu hissəsində vakansiya adını qeyd edərək hr@orzax.az elektron email ünvanına göndərin.
Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir.
Təcrübə: Təcrübəsiz namizədlər: aptek satışları sahəsində işləməyə maraqlı, öyrənməyə açıq
Təcrübəli namizədlər: minimum 2 il aptek satışları və ya OTC sahəsində təcrübə
Digər tələblər:
Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı
Səyyar iş rejiminə uyğunluq
Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür.
Məsul olduğu bölgədə apteklərlə planlı və müntəzəm ziyarətlərin həyata keçirilməsi
Apteklərdən sifarişlərin toplanması, satış hədəflərinin icrası, gündəlik ziyarət və satış fəaliyyətlərinin sistemə daxil edilməsi
Yeni apteklərin portfelə daxil edilməsi və mövcud apteklərlə davamlı əməkdaşlığın qurulması
Məhsulların apteklərdə düzgün rəf görünürlüyü və mövcudluğunun təmin edilməsi
Kampaniya, promosyon və satış təşviqi fəaliyyətlərinin apteklərdə tətbiqi
Aptek stoklarının izlənməsi və çatışmazlıqların vaxtında bildirilməsi
Rəqib məhsulların qiymət və kampaniya aktivliklərinin izlənməsi və hesabatlanması
Medikal və satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Контактный номер: (051) 277-22-60