Elan tarixi: 24.02.2025
Son tarix: 03.03.2025
Şirkət: “Aselsan Bakü” MMC
Ərazi: Bakı, Azərbaycan
Maaş: Müsahibə əsasında
Təhsil: Kollec/Peşə təhsili
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Peşəkar bilik və bacarıqlar:
Texniki sənədlərin və təlimatların oxunması
Elektrik-elektronika avadanlıqlarının quraşdırılması, sazlanması və təmiri
Nasazlıqların ilkin diaqnostikası və aradan qaldırılması
Ölçü və test alətləri ilə işləmə bacarığı
Texniki hesabat və aktların hazırlanması
MS Office proqramları ilə əsas səviyyədə işləmək bacarığı
Sahəyə uyğun texniki proqram və alətlərlə işləmə bacarığı
Şəxsi keyfiyyətlər:
Məsuliyyətli və intizamlı
Komandada işləmə, xidməti intizam və daxili qaydalara riayət etmə bacarığı
Sahə və ezamiyyət işlərinə hazırlıq
Öyrənməyə və peşəkar inkişafına açıq olmaq.
Azərbaycan Respublikasının vətəndaşı olmalıdır
Yaş həddi: 20–30 yaş
Hərbi xidmətlə bağlı məhdudiyyəti olmamalıdır
(hərbi xidməti keçmiş, möhləti olan və ya hərbi uçotla bağlı problemi olmayan)
Sağlamlıq vəziyyəti vəzifə öhdəliklərini yerinə yetirməyə imkan verməlidir
Peşə təhsili
İnformasiya texnologiyaları
Şəbəkə texnologiyaları
Telekommunikasiya və ya əlaqəli ixtisaslar üzrə
Sürücülük vəsiqəsi (B kateqoriyası) və avtomobil idarəetmə bacarığı
Texniki və normativ sənədlərlə işləmə bacarığı
Dil bilikləri:
Azərbaycan dili – sərbəst
Türk dili – texniki səviyyədə.
Elektrik və elektronika cihazlarının, avadanlıqlarının və sistemlərinin istismarı, texniki baxışı və təmiri işlərini yerinə yetirmək.
Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək, diaqnostika aparmaq və aradan qaldırmaq
Elektrik-elektronika sxemlərinə, texniki sənədlərə və təlimatlara uyğun işləmək
Profilaktik baxım və planlı texniki xidmət işlərini icra etmək
Ölçü, test və nəzarət cihazlarından düzgün və təhlükəsiz istifadə etmək
Təmir və texniki xidmət nəticələri üzrə texniki hesabatlar, aktlar və qeydlər aparmaq
Avadanlıqların təhlükəsiz istismar qaydalarına və əmək mühafizəsi tələblərinə riayət etmək
İstifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək
Rəhbərlik tərəfindən verilən texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək
Zərurət olduqda quraşdırma, sökmə və sazlama işlərində iştirak etmək
Texniki nasazlıqlar və risklər barədə rəhbərliyi operativ şəkildə məlumatlandırmaq
İşləməyə həvəsli və məsuliyyətli olmaq, intizamlı və diqqətli davranmaq, komandada işləmək bacarığı, öyrənməyə və peşəkar inkişafına açıq olmaq.
Контактный номер: