Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və təmizləmə avadanlıqlarının satışını genişləndirdiyi üçün komandasına motivasiyalı satış nümayəndəsi axtarır.
Bu vəzifə tam şəkildə B2B satış fəaliyyətini əhatə edir və restoranlar, kafelər, ofislər kimi korporativ müştərilərlə işin həyata keçirilməsini nəzərdə tutur. Şirkətin müştəri portfeli mövcuddur, eyni zamanda yeni müştərilərin cəlb edilməsi tələb olunur.
İş şərtləri:
950 AZN Vergilər daxil + bonus ( 300-2700)
Gündəlik yanacaq qarşılanır
Həftədə 1 gün istirahət
Şirkət tərəfindən məhsul və satış təlimləri
Real yüksəliş imkanı
Dəstəkləyici komanda və stabil portfel
Ali təhsil
B2B və ya satış üzrə minimum 1 il təcrübə
Şəxsi avtomobil və sürücülük vəsiqəsi
Azərbaycan dilində sərbəst danışıq; Rus dili arzuolunandır
Yüksək kommunikasiya və təqdimat bacarığı
Nizamlılıq, məsuliyyət və öyrənməyə açıq olmaq.
Məhsulların təqdimatı və satışı
Gündəlik müştəri ziyarətlərinin təşkili
Sifarişlərin toplanması və CRM-də qeyd olunması
Cari müştərilərlə münasibətlərin qorunması
Yeni müştərilərin cəlb edilməsi
Satış hədəflərinə uyğun hesabat vermək.