- Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir
SME şirkətinə “Korporativ - Hüquqşünas” vakansiyası tələb olunur
- Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək
- İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması- Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması
- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət edilməsi
- İş şəraiti:- Əmək haqqı: 800-1300 AZN, əmək haqqı artandır
- İş qrafiki : Tam iş günü (5 gün)- Karyera yüksəlişi imkanı
- Ünvan: Afyeddin Cəlilov 26
- Təhsili/ixtisası: Hüquq üzrə ali təhsil- - Dil bilikləri: фzərbaycan dili səlis, ingilis və rus dili - əla
- Kompüter bilikləri: MS Office (Excel, Word) proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
- Fərdi keyfiyyət tələbləri: yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli və axtarış aparmaq qabiliyyətinə malik olmalı
- Müvafiq sahə üzrə yüksək motivasiya ilə yanaşma
- Detallara qarşı diqqətli və operativ Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV nizi
elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Korporativ-hüquqşünas” adını qeyd etməyiniz xahiş olunur Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır