Elektromexanik

Детали вакансии

  • Компания -
  • Просмотры 41
  • Тип работы Неполная занятость
  • Тип занятости В офисе
  • Пол Любой
  • Возраст 23 - 0
  • E-mail контактного лица hr.recruitment005@outlook.com
  • Заработная плата Заработная плата не указана
  • Опыт работы1-3 года

Установить вакансию как премиум

Elektromexanik

  • Образование: Магистр
  • Крайний срок подачи заявок: 16 янв 2026
  • Баку, Азербайджан

Описание вакансии

Mebel istehsalı sahəsində uzunmüddətli fəaliyyət göstərən müəssisəmiz istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə təcrübəli Elektromexanik axtarır.

İş şəraiti və təminatlar:
İş qrafiki: 6 günlük iş rejimi (bazar günü istirahət)
Əmək haqqı: Təcrübəyə əsasən razılaşma yolu ilə

Müraciət qaydası:
Yuxarıda qeyd olunan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi hr.recruitment005@outlook.com ünvanına “Elektromexanik” başlığı ilə göndərə bilərsiniz.

Elektromexanika, elektrik mühəndisliyi və ya oxşar ixtisas üzrə ali və ya orta ixtisas təhsili
İstehsalat müəssisəsində (xüsusilə mebel fabriki və ya ağac emalı sahəsində) ən azı 2 il iş təcrübəsi
Elektrik sxemlərini, texniki çertyojları və avadanlıq pasportlarını oxuma bacarığı
380V sənaye elektrik sistemləri ilə iş təcrübəsi
Avtomatika və sadə PLC sistemləri haqqında ümumi biliklər (üstünlükdür)
Məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığı
Komandada işləmək və stresə davamlı olmaq.

Требования к вакансии

Mebel istehsalında istifadə olunan avadanlıqların (CNC dəzgahları, kəsim və formatlama maşınları, preslər, bantlama və digər mexaniki-elektrik qurğular) elektrik və mexaniki hissələrinin saz vəziyyətdə saxlanılması
Avadanlıqlarda yaranan elektrik və mexaniki nasazlıqların operativ şəkildə diaqnostikası və aradan qaldırılması
Elektrik panelləri, sensorlar, relelər, kontaktorlar, invertorlar və digər avtomatika elementləri ilə iş
Planlı profilaktik və texniki xidmət işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
Avadanlıqlar üzrə texniki sənədlərin və servis jurnallarının aparılması
İstehsalatda təhlükəsizlik texnikası və əmək mühafizəsi qaydalarına ciddi riayət olunması
Lazım olduqda ehtiyat hissələrinin seçilməsi və dəyişdirilməsində iştirak.

Контактный номер:

Откликнуться на вакансию
Форма заявки загружается
Telegram