Printshop MMC brendin rəqəmsal görünürlüğünü artırmaq və sosial media kanallarında peşəkar, davamlı fəaliyyət qurmaq üçün təcrübəli Sosial Media Meneceri (SMM) axtarır. Namizəd şirkətin marketinq strategiyasına uyğun olaraq kontent istehsalı, analitika və reklam idarəçiliyini effektiv şəkildə həyata keçirməlidir.
İş qrafiki: 5 gün / 09:00-dan 18:00-dək
Rahat və yaradıcı iş mühiti
Stabil və artan əməkhaqqı sistemi.
Yalnız xanım namizədlər
Yaş həddi 20-30
İş təcrübəsi 1 ildən 3 ilə qədər.
Instagram, Facebook, TikTok və şirkət saytının hesablarının idarə olunması, gündəlik paylaşımların təşkili
Aylıq kontent planının hazırlanması və icrası
Meta Business Manager və TikTok Ads vasitəsilə reklam kampaniyalarının yaradılması, optimallaşdırılması və hesabatlandırılması
Sosial media üçün gündəlik, həftəlik və aylıq analitik hesabatların hazırlanması
Daxil olan müştəri mesajlarının cavablandırılması və uyğun şöbələrə yönləndirilməsi
Trend araşdırmalarının aparılması və brendə uyğun yaradıcı kontent təkliflərinin hazırlanması
Foto və video çəkiliş proseslərinin təşkilinə və icrasına nəzarət
Şirkətin sayt və digər rəqəmsal kanalları ilə koordinasiyalı şəkildə işləmək
Rəqiblərin sosial media fəaliyyətinin təhlili və inkişaf yönümlü təkliflər hazırlamaq.
Контактный номер: (050) 660-11-44