İş qrafiki: həftədə 5 gün, 09:00 dan–18:00 dək
Şənbə günləri: 09:00 dan–15:00 dək
Əmək haqqı: 600–800 AZN.
Yaş: 25–40
Ali təhsil
Mühasibatlıq sahəsi üzrə bütün əhəmiyyətli məlumatlara sahib olma və bu sahədə iş təcrübəsi
Vergi və mühasibat uçotunu sərbəst şəkildə aparmaq bacarığı
Microsoft Office proqramlarını, xüsusilə Excel və 1C-ni yaxşı bilmək
Azərbaycanın Vergi Məcəlləsini və müvafiq qanunvericiliyi bilmək
Məsuliyyətli, düzgün, dəqiq və etibarlı olmaq.
Şirkətimizə kiçik mühasib tələb olunur. Aşağıdakı bilik və bacarıqlara sahib olması arzuolunandır:
Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab-fakturalarının yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtibi
Gündəlik və aylıq hesabatların hazırlanması
Vergi orqanlarından daxil olan məktublara nəzarət və müvafiq yazışmaların aparılması
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
Vergi və mühasibat hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hazırlanması və göndərilməsi
Əmək haqqı hesablamalarına, ştat cədvəlinə, tabel və digər sənədlərə nəzarət
Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
Gömrük işlərinin aparılması və məhsulların rəsmi sənədləşdirilməsi.
Контактный номер: (012) 311-02-12