İş rejimi: Tam ştat
İşin təsviri:
Xarici Satınalmalar üzrə Kiçik Mütəxəssis şirkətin material və xidmət ehtiyaclarının xarici bazarlardan vaxtında və effektiv şəkildə təmin edilməsində iştirak edir. Vəzifə xarici təchizatçılarla yazışmaların aparılması, qiymət araşdırmaları, sifarişlərin icrasına nəzarət, logistika və gömrük proseslərinə dəstək kimi fəaliyyətləri əhatə edir.
Təklif olunur:
İş prosesində xarici satınalma mütəxəssisi tərəfindən kurasiya, inkişaf və təlimlər
Fiks əməkhaqqı + KPI əsaslı bonus sistemi
Yüksələn karyera perspektivi
Rəsmi əmək müqaviləsi (AR Əmək Məcəlləsinə uyğun)
1 ay ödənişli sınaq müddəti.
Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahə üzrə üstünlük)
Satınalma və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi
MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel)
İngilis dili bilikləri B1/B2 (intermediate, upper- intermediate) mütləqdir. Rus dili bilikləri arzuolunandır
Yüksək ünsiyyət, analitik düşünmə və detallara diqqət
Gərgin və dinamik iş şəraitində effektiv işləmə bacarığı
Komandada işləmək bacarığı.
Xarici təchizatçılarla yazışmaların aparılması
Sifarişlərin hazırlanması, göndərilməsi və icrasına nəzarət
Bazar araşdırması və qiymət müqayisələrinin aparılması
Logistika və gömrük sənədləri ilə bağlı proseslərə dəstək
Satınalma sifarişlərinin hazırlanması və icrasının təmin edilməsi
Təchizatçılarla ilkin danışıqların aparılması, kommersiya təkliflərinin toplanması
Müqavilə və digər satınalma sənədlərinin hazırlanmasına dəstək
Təchizatçı performansının izlənməsi və qiymətləndirilməsinə dəstək
Şirkətin satınalma siyasətinə və prosedurlarına uyğunluğun təmin olunması
Yeni təchizatçıların axtarılması və təhlili
Satınalmalar üzrə hesabatların hazırlanması və müvafiq sistemlərdə qeydiyyatın aparılması.
Контактный номер: (012) 434-65-95, (055) 299-59-01