Javascript təcrübəçisi

Детали вакансии

  • Компания Andersen LLC
  • Просмотры 2202
  • Тип работы Неполная занятость
  • Тип занятости В офисе
  • Пол Любой
  • Возраст 20 - 40
  • Заработная плата 1600 - 2100 AZN
  • Опыт работыМенее 1 года

Установить вакансию как премиум

Javascript təcrübəçisi

  • Образование: -
  • Крайний срок подачи заявок: 18 июн 2025
  • Баку, Азербайджан

Описание вакансии

Beynəlxalq İT autsorsinq bazarının liderlərindən biri olan Andersen şirkəti, IDDA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) tərəfdaşlıqı ilə Azərbaycanda (ofis: Bakı) gələcəkdə işlə təmin olunma imkanı daşıyan eksklüziv JavaScript təlim proqramı təklif edir!
Andersen şirkəti əməkdaşlarının sürətli və peşəkar inkişafı, bacarıqlarının artırılması ilə yaxından maraqlanır və hər zaman buna vaxt və vəsait ayrılmasına hazırdır. Bu səbəbdən rəqabət üstünlüyümüz əməkhaqqının və vəzifə dərəcəsinin sürətli artımıdır. Proqram haqqında:
- 100 ən yüksək nəticə almış tələbə artırılmış təqaüd və maaşla mükafatlandırılacaq:
- 1-3 ay (təlim): 700 AZN gross;
- 4-9 ay (iş): 1400 AZN gross;
- 10-12 ay (iş): 2100 AZN gross.
- Proqram müddəti: 3 ay təlim və 9 ay beynəlxalq layihələrdə iş imkanı imkanı.
- Praktiki öyrənmə və real layihələrə xüsusi diqqət. Şərtlər:
- Nəzəri təlim: qrup intensivləri;
- Təcrübəli təlimçilərin rəhbərliyi altında təlim layihəsində praktika;
- Təcrübəçinin bilik səviyyəsinin yoxlanılması və rəy verilməsi;
- Ofisdə təlim formatı;
- Korporativ ingilis dili kursları;
- Şirkətin daxili təlim proqramına (öz təhsil platforması) çıxış;
- Şirkətin fəal korporativ həyatında iştirak. Andersen təcrübəçisi aşağıdakılara arxalana bilər:
- Mentorların yüksək peşəkarlığı;
- Təlim zamanı diqqətli və qayğıkeş münasibət;
- Təlim prosesində və sonradan kommersiya layihəsinə qoşularkən dəstək və kömək;
- Təlimi uğurla başa vurduqdan sonra zəmanətli işlə təminat.

Требования к вакансии

- İngilis dilində orta (Intermediate) və ya daha yüksək səviyyədə danışıq bacarığı;
- JavaScript, HTML/CSS əsasları üzrə güclü nəzəri biliklər, proqramlaşdırma mühitlərində işləmə bacarıqları;
- Məlumat tipləri haqqında bilik, massivlər və obyektlərlə işləmə bacarığı, prototipləri anlamaq və onlarla işləməyi bilmək, AJAX-in nə olduğunu başa düşmək;
- Portfeldə təlim və ya şəxsi layihələr (pet-projects);
- Git ilə işləmə bacarığı;
- Üstünlükdür: Alman dilində orta (Intermediate) və ya daha yüksək səviyyə. Əgər bu unikal imkan sizi maraqlandırdısa, zəhmət olmasa formu doldurun və aşağıdakı link vasitəsilə müraciət edin . Andersen İT sahəsində başlamaq və inkişaf etmək üçün əla fürsətdir!

Срок подачи заявок истек, вы не можете подать заявку на это объявление!
Telegram