Rəqamsal marketinq mütəxəssisi

Vakansiya detalları

  • Şirkət Piramida Reklam
  • Baxış sayı 254
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 40
  • Əmək haqqı 800 - 1000 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Rəqamsal marketinq mütəxəssisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 18 fev 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- İş saatı : 09:00-dan - 18:00-dək
- İş rejimi: 5 günlük
- Əmək haqqı 800-1000 AZN
- Şirkət Bakı şəhəri, Xətai rayonunda yerləşir
- Ciddi və dinamik olmalıdır
- Məsuliyyətli olmalıdır
- Etik davranış qaydalarına riayət etməlidir
- Müxtəlif kanal və platformalardan istifadə edərək effektiv rəqəmsal marketinq
strategiyalarının, büdcəsinin hazırlanması və icrası
- Hədəflər və KPI-larla əlaqədar olaraq rəqəmsal marketinq büdcəsini idarə edir və konversiya, leads, ROAS və ROI kimi göstəricilərin müşahidəsi
- Sosial media hesablarının idarə edilməsi və şirkətin brend üslubuna və təlimatlarına uyğun hədəf auditoriyası ilə rezonans doğuran vizual və yazılı məzmunun yaradılmasının təmin edilməsi, SMM komandasının idarə edilməsi və təlimləndirilməsi
- Korporativ veb-saytın yenilənməsi və saytdakı məzmununun aktual, dəqiq və brend standartlarına uyğun olmasına nəzarət edilməsi
- SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyalarının yaradılması və düzgün hədəf auditoriyalara çatdırılması
- Google Analytics, Tag Manager, Yandex Metrica və digər analitik vasitələrlə iş
- Google Ads və Meta Ads kimi platformalarda kampaniyaların dizayni, analizi və optimalaşdırılması
- Açar sözlərin tədqiq edilməsi və mövcud məzmunun optimalaşdırılması
- Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi
- Marketinq kampaniyaları üzrə kompleks hesabatların tərtibi və təhlili
- Marketinq strategiyalarını adaptasiyası üçün rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili

Tələblər

- Ali təhsilin olması (Biznes, marketinq, iqtisadiyyat, kommunikasiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi arzuolunandır)
- Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi
- Səlis azərbaycan və rus dili biliyi üstünlükdür
- Veb məzmun idarəetmə sistemləri ilə tanışlıq
- Yüksək SEO bilikləri
- Google Ads, Meta Ads-də reklam kampaniyalarının effektiv qurulması və optimizasiyası
sahəsində təcrübə, həmçinin kontekstli reklam, hədəf reklam və retargetinq bilikləri
- Analitik düşünmə qabiliyyəti, layihə idarəetmə bacarığı
- Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika)
- Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri
- ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı
- Email marketinq alətləri və strategiyalarında bacarığı
- Səlis ünsiyyət bacarıqları
- Kollektiv və fərdi işləmə bacarığı
- Öyrənməyə və şəxsi inkişafa meyllilik
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı
- Yüksək yaradıcılıq

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram