1c üzrə mühasib

Vakansiya detalları

  • Şirkət Growth Consulting Services
  • Baxış sayı 339
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 20 - 35
  • Əmək haqqı 800 - 1000 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

1c üzrə mühasib

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 19 mar 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Vəzifə Öhdəlikləri:
- Mühasibat uçotunun 1C proqramında aparılması
- Proqram üzrə mühasibat yazılışlarının düzgün daxil edilməsi
- Gündəlik maliyyə əməliyyatlarının qeydiyyatı və nəzarəti
- Hesab-fakturaların hazırlanması və sənədlərin arxivləşdirilməsi
- Bank və kassa əməliyyatlarının uçotu
- Debitor və kreditorlarla hesablaşmaların aparılması
- Mədaxil və məxaric sənədlərinin hazırlanması
- Qaimə-fakturaların qeydiyyatı
- Digər günlük maliyyə əməliyyatlarının idarə edilməsi. İş şəraiti:
- Əmək haqqı: 800-1000 AZN
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-dan 18:00-dək
- Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat
- Korporativ mobil nömrə
- Ünvan: Koroğlu m/s, Arena plaza ( 5 saylı ASAN Xidmət mərkəzinin binası)

Tələblər

- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır.
- 1C (8.3) proqramında sərbəst işləmə bacarığı
- Vergi Məcəlləsi və mühasibat uçotu sahəsində biliklər
- MS Office proqramları (Excel, xüsusilə də formulalarla işləmək bacarığı)
- Dəqiqlik, analitik düşüncə və detallara diqqət
- Komandada işləmə və ünsiyyət bacarıqları. Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini “1C üzrə Mühasib” başlığı ilə e-mail ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram