Radioelektronika mühəndisi

Vakansiya detalları

  • Şirkət SINAM
  • Baxış sayı 217
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 21 - 30
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Radioelektronika mühəndisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 17 fev 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Radioelektronika avadanlıqlarının yığılması
- Radioelektron cihazların qurulması, sazlanması və tətbiqi
- Sınaqların keçirilməsi, nasazlıqların aşkarı və aradan qaldırılması
- Texniki həllərin hazırlanması
- İş saatları həftənin 5 iş günü, 09:00-dan - 18:00-dək
- Əmək haqqı müzakirə edilir

Tələblər

- Rabitə, radiotexnika, elektronika, telekommunikasiya və informasiya texnologiyaları mühəndisliyi ixtisaslarından biri üzrə ali təhsil almış olmaq
- Radio rabitə nəzəriyyəsi, antena qurğuları, radio dalğalarının yayılması, qəbuledici-ötürücü cihazların qurulması prinsiplərinə dair biliklər
- Mikrokontrollerlərin proqramlaşdırılması üzrə iş təcrübəsi (Atmel, PIC, STM, ESP, Arduino, Raspberry və s.)
- Elektron elementlər bazası haqqında biliklər, elektron sxemlərlə işləmək bacarığı
- Rəqəmsal və analoq dövrələrə dair biliklər
- Ölçmə alətləri və lehim avadanlığı ilə işləmə bacarığı
- Təmir və diaqnostika ilə bağlı əsas metodlara dair biliklər
- Hər hansı bir CAD sistemində modelləşdirmə aparmaq bacarığı
- Sərbəst öyrənmək qabiliyyəti
- Telekommunikasiya və informasiya sistemləri sahələrinə dair biliklər
- Mühəndis və ya avtomatlaşdirilmiş sistemlərin qurulmasının əsasları və mərhələlərinə dair biliklər
- Elektron sxemlərin dizayn edilməsi üzrə iş təcrübəsi
- Konstruktor sənədlərinin hazırlanması üçün standartlar və normalar haqqında biliklər
- Sxem lövhələrin layihələndirilməsi bacarığı
- Telekommunikasiya avadanlıqları ilə iş təcrübəsi
- Xarici dillərin bilməsi (İngilis, rus və s)
- Əlavə layihə və işlərin təqdim edilməsi

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram