Proqram rəhbəri

Vakansiya detalları

  • Şirkət Uptodate in Medicine
  • Baxış sayı 306
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 23 - 35
  • Əmək haqqı 800 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Proqram rəhbəri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 13 mar 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Vəzifə öhdəlikləri:
- Tibb konfranslarının təşkilatçılığının idarə edilməsi və həyata keçirilməsi.
- Tədbir iştirakçıları, sponsorlar və digər tərəfdaşlarla əlaqələrin qurulması.
- Konfrans proqramlarının hazırlanması və müvafiq komanda ilə koordinasiya.
- Şirkət rəhbərliyi ilə əməkdaşlıq edərək strateji planların hazırlanması və həyata keçirilməsi.
- Tədbirlərin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək.
- Konfransların təşkilinin bütün mərhələlərini idarə etmək, o cümlədən planlaşdırma, koordinasiya və icra.
- İştirakçıların və sponsorlardan yüksək səviyyəli xidmətin təmin edilməsi üçün strategiyalar hazırlamaq və həyata keçirmək.
- Marketinq və reklam kampaniyalarının təşkili və idarə edilməsi, o cümlədən rəqəmsal platformalar və ənənəvi kanallar vasitəsilə tədbirlərin tanıdılması.
- Müxtəlif aspektlər üzrə komandanı formalaşdırmaq və idarə etmək.
- Yeni əməkdaşlıq imkanlarını tapmaq üçün potensial tərəfdaşlarla danışıqlar aparmaq.
- İştirakçılar üçün yerlərin, nəqliyyatın və digər loqistik məsələlərin təşkilini idarə etmək.
- Tədbir üçün materialların (proqramlar, broşürlər, sertifikatlar və s.) hazırlanması və nəşri ilə bağlı nəzarət.
- Tədbirin keçirilməsi üçün məkan seçimi və avadanlıqla bağlı işləri təşkil etmək.
- Yeni tədbir formatlarını və tədris yanaşmalarını inkişaf etdirmək və tətbiq etmək.
- Hər bir tədbirin effektivliyini izləmək, rəy toplamaq və gələcək tədbirlər üçün təkmilləşdirmələr həyata keçirmək. - İş saatları: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək.
- Əmək haqqı: Təcrübə və bacarıqlardan asılı olaraq, fərdi qaydada müsahibədə danışılacaqdır.
- İş yeri: Bakı
- Ünvan: Rəşid Behbudov küçəsi, 55

Tələblər

- Tibb və ya müvafiq sahədə ali təhsil.
- Konfrans təşkilatı və ya layihə idarəçiliyi sahəsində ən azı 2 illik iş təcrübəsi.
- Yüksək təşkilatçılıq və analitik bacarıqlar.
- Güclü ünsiyyət və rəhbərlik qabiliyyətləri.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, Rus və İngilis dilləri arzuolunandır.
- Məsuliyyətli, yaradıcı və problem həll etmə bacarığına sahib olmaq.
- Komanda ilə işləmə bacarığı. Qeyd: CV-nizi "Proqram rəhbəri" başlığı ilə ünvanına göndərin.
Əsas olaraq nömrə ilə əlaqə saxlamağınız xahiş olunur!

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram