Rəqəmsal marketinq və kontent meneceri

Vakansiya detalları

  • Şirkət Gürsəs Eşitmə Cihazları
  • Baxış sayı 320
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 35
  • Əmək haqqı 1000 - 1200 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Rəqəmsal marketinq və kontent meneceri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 09 mar 2025
  • Bakı, Azərbaycan

İş haqqında

Vəzifə öhdəlikləri:
- Dizaynerlə əməkdaşlıq
- Bütün layihələrin dizayn istiqamətində dizaynerlə sıx şəkildə birgə çalışmaq
- Poliqrafiya işlərini planlaşdırmaq, icrasına nəzarət və məsuliyyəti öz üzərinə götürmək
- Saytın idarə edilməsi və təhlükəsizliyi
- Şirkətin rəsmi vebsaytının təhlükəsizliyinə və optimizasiyasına nəzarət etmək
- Vebsayt üçün mütəmadi blog yazıları hazırlamaq (SEO prinsiplərini əsas tutaraq)
- Rəqəmsal reklamların idarə edilməsi
- Meta Ads Manager və TikTok Ads Manager üzərindən reklam kampaniyaları yaratmaq, optimizasiya etmək və nəticələrini təhlil etmək
- Statistika, hesabat və digər analitik məlumatları müvafiq şöbə və ya şəxslərlə paylaşmaq
- Ünsiyyət və stakeholder idarəçiliyi
- İş prosesində müxtəlif tərəfdaşların (stakeholder-lərin) tələblərini, ideyalarını, gözləntilərini dinləmək
- Texniki detalı sadələşdirərək dəqiq və anlaşılan şəkildə izah vermək
- Sosial Media kontent strategiyası
- Sosial Media üçün kontent (ideya) araşdırmaq, yeni mövzular kəşf etmək və ya mövcud ideyaları təkmilləşdirmək
- Viral ideyaların tətbiqi, əsasən “Medical” sektoru üçün video ssenarilərinin hazırlanması
- Kontent planlama, paylaşımlar, hədəf kütləsinə uyğun kommunikasiya və s.
- Sosial Media idarəçiliyi
- Bütün sosial media hesablarının təhlükəsizliyini təmin etmək
- Brendin səs tonuna və vizual üslubuna uyğun paylaşımları hazırlamaq
- Markanın tərzini, davranış formasını izləyicilərə düzgün çatdırmaq
- Foto və Video çəkiliş prosesləri
- Şirkətin siması olan aktrisa, eləcə də həkimlərlə keçirilən çəkilişlərə rəhbərlik etmək
- Ümumi foto və video çəkilişlərdə iştirak etmək, çəkiliş komandasını koordinasiya etmək
- Rəqəmsal satış və müştəri xidməti
- Onlayn platformalar vasitəsilə müştərilərlə ünsiyyət qurmaq, brendin səs tonuna uyğun şəkildə satışı reallaşdırmaq
- Müştəri Xidmətləri komandası ilə daimi əlaqədə olmaq, onların fəaliyyətinə nəzarət etmək, ehtiyac yaranarsa, təlim və ya görüşlər təşkil etməklə satış keyfiyyətini artırmaq.

Tələblər

- Rəqəmsal platformalar biliyi
- Meta texnologiyaları (Facebook, Instagram, WhatsApp, Messenger, Meta Business, Meta Ads Manager) və TikTok (TikTok Business, TikTok Ads Manager) üzrə mükəmməl bilik
- Qrafik və montaj alətləri
- Adobe məhsullarını (Photoshop, Illustrator, Premiere Pro, After Effects) və digər onlayn montaj/program alətlərini texniki səviyyədə bilmək
- Dizaynerlə qarşılıqlı anlayış üçün minimum qrafik konsepsiyalara hakim olmaq
- Foto və Video çəkiliş
- Texniki səviyyədə fotoqrafiya və videografiya anlayışı (işıqlanma, rakurs, montaj prinsipləri və s.) mütləqdir
- Poliqrafiya və mətbəə işi
- Poliqrafiya proseslərini və mətbəə texnologiyalarını texniki səviyyədə bilmək
- Vebsayt və CMS bilikləri
- Wordpress.com platformasında texniki səviyyədə işləmək bacarığı mütləqdir
- Digər CMS sistemlərini bilmək üstünlükdür
- Sosial Media Marketinqi
- Sosial media platformalarında kontent yaradılması və marketinq təcrübəsi
- Hədəf kütləsini müəyyən etmək, onlarla ünsiyyət qurma bacarığı
- Ünsiyyət və emosional zəka
- Komanda ilə, həmçinin müştərilərlə effektiv ünsiyyət qurmaq
- Rəqəmsal platformalarda satış bacarığı, müştərinin tələblərini anlama və buna uyğun təklif vermə
- Stresə davamlılıq
- Dinamik iş rejimində yüksək stresə davamlı olmaq, çevik reaksiyalar vermək
- Liderlik bacarığı
- Komandanı, dizayneri, stakeholder-ləri və digər həmkarları effektiv şəkildə idarə etmək
- Layihə proseslərinə rəhbərlik edərək motivasiya, təşkilatçılıq və nəticəyə nail olma bacarığı.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram