Ofis meneceri

Vakansiya detalları

  • Şirkət IRIX
  • Baxış sayı 528
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 22 - 40
  • Əmək haqqı 700 - 1000 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Ofis meneceri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 08 mar 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Zənglərin və məktublarının cavablandırılması, müştərilərin və qonaqların qəbulu
- Tender elanlarının izlənməsi və lazımi tender sənədlərinin hazırlanması
- Şirkətin və rəhbərin mail ünvanlarına gələn məktubların cavablandırılması və yönləndirilməsi
- Bütün ümumi kanallardan daxil olan sorğuların və tenderlərin CRM/ERP sistemdə qeydiyyatı və bölüşdürülməsi
- Sorğu və sifarişlər daxil olmaqla bütün tapşırıq və işlərin tapşırıqlar halında erp sisteminə yığılıb əməkdaşlar arasında bölüşdürülməsi və icrasına nəzarət
- Məktub və sənədlərin hazırlanması, qeydiyyatı, kargüzarlıq
- Sorğuların vaxtında qiymətləndirilməsinə və cavablandırılmasına nəzarət
- Dövrü işlər barədə rəhbərliyə xatırlatmalar etmək
- Rəhbərliyə işlərində köməklik göstərmək (telefon danışıqları və yazışmalar)
- Rəhbərliyin işgüzar görüşlərinin planlanması, təşkili və lazım gəldikdə iştirak edilməsi
- Həftəlik və aylıq görülmüş işlər, davamiyyət və növbəti planlar barədə hesabatların hazırlanması.
- Həftə içi 5 iş günü.

Tələblər

- Sərbəst danışıq səviyyəsində Azərbaycan və İngilis dili bilikləri, Rus dili üstünlükdür
- Güclü kompüter istifadəçisi, ofis proqramları və sərbəst internet istifadəçisi bilikləri, sürətli çap
- İşgüzar geyim və davranış tərzi, səlis nitq və danışıqlar aparma bacarığı
- Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq
- Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
- Öyrənməyə və inkişafa meyillilik
- Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir).

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram