Tender üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət Yanğından Qorunma Sistemləri MMC
  • Baxış sayı 314
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 45
  • Əmək haqqı 700 - 1000 AZN
  • Təcrübə5 ildən artıq

Vakansiyanı premium et

Tender üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 21 fev 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi
- Tenderin əsas şərtlər toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi.
- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması.
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması.
- Tender prosesi zamanı şirkətin təmsil olunması.
- Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması.
- İş saatı : Bazar ertəsi-Cümə 09:00-dan 18:00-dək, Şənbə günü09:00-dan 14:00-dək.
- Nahar fasiləsi 1 saat.

Tələblər

- Təhsil: Ali
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi olmalı
- Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı
- Bazar araşdırması etməyi bacarmalı
- Ofis proqramlarıdan sərbəst istifadə etməyi bacarmalı.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram