Xarici partnyorlar və xarici mətbuat ilə iş üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət STEM Lab
  • Baxış sayı 353
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 23 - 31
  • Əmək haqqı 1500 - 2000 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Xarici partnyorlar və xarici mətbuat ilə iş üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 12 fev 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Xarici partnyorlarla işgüzar əlaqələrin qurulması, inkişaf etdirilməsi və davam etdirilməsi.
- Xarici mətbuat ilə əlaqələrin idarə edilməsi, müvafiq məlumatların verilməsi və sorğuların cavablandırılması.
- Beynəlxalq tədbirlərdə şirkətin maraqlarını təmsil etmək, təqdimatlar və çıxışlar hazırlamaq.
- Xarici mediada şirkət haqqında yayılan məlumatların monitorinqi və təhlil edilməsi.
- Beynəlxalq layihələrdə və əməkdaşlıqlarda iştirak etmək, əlaqələndirici rol oynamaq.
- Şirkətin beynəlxalq imicinin və nüfuzunun qorunması və inkişaf etdirilməsi üçün strateji planların hazırlanması.
- Xarici partnyorlarla müqavilələrin hazırlanması və icrasının təmin edilməsi.
- Beynəlxalq bazarlarda şirkətin mövqeyinin gücləndirilməsi üçün analitik işlərin aparılması.
- Xarici səfərlərin təşkili və xarici nümayəndə heyətlərinin qarşılanması və müşayiəti.
- İş saatı 09:00-dan - 18:00-dək

Tələblər

- Beynəlxalq Münasibətlər, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- Beynəlxalq kommunikasiya və müzakirə bacarıqları.
- Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq və yazmaq bacarığı (daha çox dil bilmək üstünlükdür).
- Müqavilə hazırlığı və danışıqlar aparmaq üzrə təcrübə.
- Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti.
- Yüksək dərəcədə təşkilatçılıq və zaman idarəetmə bacarıqları.
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı.
- Xarici səfərlər etmək üçün hazır olmaq.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram