Rəqəmsal marketinq meneceri (smm və sem)

Vakansiya detalları

  • Şirkət Veb Koder MMC
  • Baxış sayı 330
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 20 - 30
  • Əmək haqqı 1000 - 1500 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Rəqəmsal marketinq meneceri (smm və sem)

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 08 fev 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- Şirkətlərimizin rəqəmsal marketinq fəaliyyətlərini idarə edəcək, həm Sosial Media Marketinqi (SMM), həm də Axtarış Mühərriki Marketinqi (SEM) işlərini effektiv şəkildə həyata keçirəcək namizəd axtarırıq.
- Sizdən kreativ strategiyalar hazırlamaq, sosial media və ödənişli reklam kampaniyalarını idarə etmək, nəticələri analiz edərək kampaniyaların performansını optimallaşdırmaq gözlənilir. - Şirkətlərin sosial media hesablarını (Facebook, Instagram, YouTube, LinkedIn,TikTok və s.) idarə etmək və inkişaf etdirmək.
- Sosial media üçün məzmun planı hazırlamaq və paylaşım cədvəllərini tənzimləmək.
- Google Ads, Facebook Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarını hazırlamaq, icra etmək və optimallaşdırmaq.
- Açar sözlər və trendlərin araşdırılması ilə kampaniyaların effektivliyini artırmaq.
- Kampaniya performansını izləmək, analitik hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək.
- SEO və SEM strategiyalarını bir-biri ilə əlaqəli şəkildə həyata keçirmək.
- Həftə içi 5 iş günü.

Tələblər

- Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahədə ali təhsil.
- Google Ads, Meta Business Suite və digər rəqəmsal marketinq alətləri üzrə təcrübə.
- Analitik düşüncə və kampaniyaların performansını təhlil etmək bacarığı.
- Yaradıcı düşüncə və yüksək yazı qabiliyyəti.
- Azərbaycan və rus dillərini mükəmməl, İngilis dilini isə yaxşı səviyyədə bilmək.
- Süni intellekt və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı üstünlükdür.
- Foto və video çəkiliş, redaktə və montaj bacarığı (Adobe Premiere Pro, Final - Cut Pro, Photoshop və ya oxşar proqramlarda təcrübə üstünlükdür). Vakansiya ilə maraqlanan şəxslər CV-lərini ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Rəqəmsal Marketinq Meneceri" qeyd olunmalıdır.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram