Proqram təminatinin tətbiqi üzrə mühasib (erp üzrə)

Vakansiya detalları

  • Şirkət Prosys MMC
  • Baxış sayı 312
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 55
  • Əmək haqqı 1500 - 2000 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Proqram təminatinin tətbiqi üzrə mühasib (erp üzrə)

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 07 fev 2025
  • Bakı, Azərbaycan

İş haqqında

PROSYS MMC-nin ERP proqram təminatının inkişaf etdirilməsi istiqamətində aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:
- Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
- Biznes tələblərin qeydə alınıb analiz olunaraq proqramçılara ötürülməsi
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Texniki tapşırıqların proqramçılar ilə müzakirə edilməsi
- Tələblərin izlənilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Yeni funksionallığın test olunması
- Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi.
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi. İş şəraiti:
- İş vaxtı: həftənin 5 iş günü, saat 09:00-dan 18:00-dək. istirahət günləri: şənbə, bazar.
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Tələblər

- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- Qanunvericiliyə uyğun mühasibat uçotunu əla bilmək
- Qanunvericiliyə uyğun vergi uçotunu əla bilmək
- Qanunvericiliyə uyğun idarəetmə uçotunu əla bilmək
- ERP layihələrinin tətbiqində iştirak etmiş olmaq
- Mühasibatlıq sahəsində 3 illik təcrübə
- Minimum 3 il iş təcrübəsi
- ERP proqram təminatının tətbiqi üzrə Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- Agile və SCRUM haqqında biliklər
- Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
- SQL, PL/SQL üzrə biliklər mütləqdir.
- Balsamiq Wireframes, Jira, MS - Office Visio proqram təminatlarını yaxşı bilmək.
- Problemlərin həll edilə bilməsi və analitik təfəkkür. Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Tətbiqçi mühasib” yazaraq CV formasını elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram