Təftiş assistenti

Vakansiya detalları

  • Şirkət Koroğlu MMC
  • Baxış sayı 139
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 28 - 60
  • Əmək haqqı 400 - 500 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Təftiş assistenti

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 10 yan 2024
  • Quba, Azərbaycan

İş haqqında

Şirkət: "Koroğlu" MMC, 1992 -ci ildə qurulan, Bakıda və Respublikanın bütün bölgələrində şirniyyat məhsulları satan bir distribyutor şirkətidir Öhdəlikləri:
- Təftiş assistenti rayon bölgəsində Qubada olan ofisdə bölgəyə aid sənədləşmə və maliyyə əməliyyatlarını icra etmək
- Şirkətin satış əməkdaşlarının iş fəaliyyətinə nəzarət və yoxlanılması
- Təftiş assistenti öhdəliklərini icra etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qayda və prosedurların hazırlanması
- Risklərin qiymətləndirilməsi əsasında planının hazırlanması
- Risk qiymətləndirməsinin əsasında yoxlamaların icrası
- Təftiş yoxlamaları zamanı əldə edilmiş faktların rəsmiləşdirilməsi və vaxtlı-vaxtında rəhbərliyin diqqətinə çatdırılması
- Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların rəhbərlik ilə razılaşdırılması
- Bütün yoxlama hesabatlarının düzgün və effektiv şəkildə hazırlanması
- Rəhbərliyin tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı
- Təsdiqlənmiş təftişlə bağlı prosedur qaydalara riayət edilməsinə nəzarət və tələb etmək
- Debitor borc qalıqlarının üzləşdirilməsi və hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
- Prosedur pozuntuları zamanı əməkdaşlardan izahatlardan alınması və pozuntuların araşdırılması
- Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması
- Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
- Şirkət tərəfindən işçilərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi İş şəraiti:
- İş rejimi - 5 günlükdür
-İş saatı 08:00-dan - 17:00-dək
- İstirahət vaxtı həftədə 2 gündür, şənbə və bazar günləri
- Təlim şirkət tərəfindən həyata keçirilir
- Sabit əmək haqqı (FİX) – 450 AZN +(bonus sisteminə əsasən 50 AZN əlavə əmək haqqı hesablanılır)
- Ödənişli məzüniyyat
- AR əmək məcəlləsinə uyğun sənədləşmə
- Karyera yüksəlişi imkanı mövcuddur

Tələblər

- Bəy namizəd
- Ali təhsil
- Təftiş, audit sahəsində ən azı 2 il iş təcrübəsi
- 28-60 yaş
- Microsoft Office proqramları (xüsusilə Excel)
- Azərbaycan dili
- Daxili audit prosesi üzrə bacarıqlar
- Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı
- Audit rəyləri hazırlama və yazma bacarığı
- Dürüstlük, məsuliyyətlilik, çeviklik CV- lərinizi [email protected] email ünvanına göndərməyiniz, mövzu yerində “ Təftiş assistenti” və bölgə yazılması xahiş olunur

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram