Azərbaycanda “scent marketing” sahəsində yeni və innovativ həlləri müştərilərə təklif edən “SCENTPRO” şirkəti, hotel, restoran, mağazalar, ofis və iş yerləri, tibb mərkəzləri, yaşayış kompləksləri və digər xidmət sahələrinə uyğun istehsal olunmuş və müvafiz beynəlxalq sertifikatları olan diffuzorlar və diffuzor kartriclərinin təchnizatını həyata keçirir Vəzifə və öhdəliklər:
- Şirkətin məhsullarının tanıtımını və aktiv satışını həyata keçirmək
- Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi
- Mütəmadi olaraq potensial müştərilərin axtarılması, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər hazırlamaq
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərinə çatmaq
- Şirkət tərəfindən müəyyən edilmiş korporativ satış planını həyata keçirmək
- Təyin olunan marşrut üzrə vaxtı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək
- Müştərilərdən ödənişlərin toplanması
- Yeni məhsulların ticarət nöqtələrində təqdimatı
- Gündəlik fəaliyyət haqqında rəhbərliyə hesabat vermək
- Rəhbərlik tərəfindən müəyyən edilmiş digər hesabatların hazırlanması və təqdim edilməsi
- Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi
- İşlə bağlı rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi İş şəraiti:
- 5 günlük iş qrafiki (09:00-dan - 18:00-dək)
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş yeri: Bakı şəhəri, Xətai m, AGA Business Center
- Əmək haqqı: 800-1200 AZN + satışdan bonus
- Yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarışlanır
- Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması
- Yaş həddi 22- 35 arası
- Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır)
- CRM proqramı ilə işləmə bacarığı
- Komandada və stres altında işləmək bacarığı
- Ünsiyyətcil və inandırma bacarığı
- Öz üzərində işləyən, inkişafa meyilli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Satış analizini aparmaq bacarığı
- Vaxtın səmərəli idarə olunması bacarığı
- Qeyd olunan sahədə 3-5 il iş təcrübəsi
- Satış (xüsusilə Horeca) sahəsində təcrübə Uyğun olan namizədlərin nəzərinə! CV-nizi qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur