Sətəm üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət Oba Market MMC
  • Baxış sayı 383
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 23 - 35
  • Əmək haqqı 800 - 1000 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Sətəm üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 09 yan 2025
  • Bakı, Azərbaycan

İş haqqında

- İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.
- Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək.
- Şöbə müdirinin,dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi,nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirmək.
- İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.
- Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək
- Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək
- İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək
- Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün aparılmasına nəzarət etmək
- İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək.İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək
- Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq
- Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.
- Əmək haqqı: 800-1000 azn
- Nahar vaxtı
- Korporativ nömrə

Tələblər

-Təhsil səviyyəsi: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Avtomobil (Mütləq) (Yanacaq xərcləri qarşılanır)
- Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər
- Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır
- Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları
- Məsuliyyətli, çevik, stressə dözümlülük səriştələri Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “SƏTƏM üzrə mütəxəssis (Bakı)" yazaraq göndərmələri xahiş olunur. () Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram