Insan resurslari üzrə təlimçi

Vakansiya detalları

  • Şirkət Baku Accountants Associates MMC
  • Baxış sayı 535
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 0 - 0
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Insan resurslari üzrə təlimçi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 22 dek 2024
  • Bakı, Azərbaycan

İş haqqında

Qeyd: təlimçi səhər,günorta və axşam növbəsi üçün tələb olunur.
Vəzifə öhdəlikləri:
- İnsan resursları (HR) sahəsində müxtəlif mövzular üzrə təlimlər keçirmək
- Təlim materiallarının hazırlanması və inkişaf etdirilməsi
- Təlimlərin effektivliyini ölçmək və dəyərləndirmək
- Təlim iştirakçılarına dəstək və məsləhət vermək
- Təlim proqramının hazırlanması, planlaşdırılması və idarə edilməsi
- Sınaqların keçirilməsi və tələbələrin qiymətləndirilməsi.
- Müəssisənin kadr uçotunun qurulması və aparılması
- Əmək haqqı və tabel cədvəllərinin hazırlanması
- Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:
- İşəgötürən qismində səlahiyyətli şəxsin qeydiyyatı
- Bank hesabının əlavə edilməsi
- Müəssisənin strukturunun yaradılması
- Ştatların yaradılması
- Ştatın vakansiya bankına göndərilməsi
- İşçinin işə götürülməsi
- İşçinin əmək müqaviləsinin bildirişinin yaradılması
- Əmək müqavilələrinə dəyişikliklərin edilməsi
- İşçinin əmək müqaviləsinə xitam verilməsi.
- Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması
- Əmək müqavilələrinin hazırlanması
- İşə qəbul əmr və ərizələrinin hazırlanması
- Tam maddi məsuliyyət, konfidensiallıq və iltizam sənədlərinin hazırlanması;
- Əmək müqavilələrinə dəyişiklik əmr və əlavələrinin hazırlanması
- Məzuniyyət hüququnun həyata keçirilməsinin tənzimlənməsi
- Müəssisə üçün əmrlərin reyestr məlumatlarının qurulması
- Ezamiyyə sənədinin hazırlanması
- Xəstəlik vərəqələrinin yazılması və ona uyğun hesabatların aparılması
- Xitam əmr və ərizələrinin hazırlanması
- Son haqq hesabların hesablanması
- Təlim qrafiki: dərslər həftə içi və şənbə günləri səhər/günorta/axşam saatları üçün təyin olunur.
- Xidmət haqqı: razılaşma yolu ilə.
- (Whatsapp aktivdir)
- Ünvan: Nizami rayonu, Heydər Əliyev prospekti 115, Sport Plaza

Tələblər

Baku Accountants Associates MMC olaraq şirkətimizə HR sahəsində təcrübəli təlimçiləri əməkdaşlığa dəvət edirik. Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsilinin olması)
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi
- Təlim və tədris sahəsində təcrübə üstünlükdür
- Müxtəlif təlim metodlarını istifadə edərək təlimlərin keçirilməsi bacarığı
- Tələbələrə fərdi və qrup şəklində dərslərin tədrisi
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, digər xarici dil bilikləri üstünlükdür
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı
- Səlis və aydın izahetmə bacarığı
- Məsuliyyətli,səbrli və dəqiq olmalı. Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram