Çilingər

Vakansiya detalları

  • Şirkət POLYMART MMC
  • Baxış sayı 23
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 50
  • Əmək haqqı 600 - 700 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Çilingər

  • Təhsil: Orta texniki
  • Son müraciət tarixi: 20 dek 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Avadanlıqların işlətmə qabiliyyətini, əsas detallarını və mexanizmlərini yoxlamalı, ekstruziya xəttini yoxlamalı, profilaktik baxış və avadanlığın təmir qrafiki ilə tanış olmalı və onu icra etməlidir.
- Xidmət edən şəxs avadanlıqların normal və fasiləsiz işləməsini təmin etməlidir.
- Ekstruziya sahəsinin xidməti üzrə çağırışlara vaxtında getməlidir.
- Təmir olunan avadanlıqların sınaqdan keçirilməsi, istehsalat üzrə işçilərə təhvil verilməsini təmin etməlidir.
- Yoxlanmış avadanlığın vəziyyəti barədə ustaya və ya baş ustaya xəbər verməlidir.
- Qrafik üzrə avadanlıqların və mexanizmlərin cari təmirini keçirməsini təmin etməlidir.
- Sahədə olan avadanlıqların, alətlərin, tərtibatların düzgün istismar edilməsi, onlara əməl və texniki qulluq göstərilməsi, iş yerinin təmiz saxlanması təmin edilməlidir.
- Yağlama materiallarının tərkibini və xüsusiyyətlərini bilməli, düzgün tətbiq etməlidir.
- Hər hansı çilingər və montaj işlərini yerinə yetirmə qaydalarını mövcud standartlara uyğun yerinə yetirməlidir.
- Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etməlidir.
- Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etməlidir.
- Növbəli işdə növbə təhvil aldıqda alətləri saz şəkildə qəbul etməli və ya təhvil verməlidir.
- Sex daxili qaydalara: texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, texnoloji təlimatlar, əmək intizamına riayət etməlidir.
- Avadanlıqların vaxtı-vaxtında və keyfiyyətli yoxlanmasının aparılması, diaqnostikası və təmiri təşkil etməlidir.
- Mexanikin verdiyi göstərişlərin vaxtında və dəqiq yerinə yetirilməlidir.
- Növbəli iş rejimi
- Əmək haqqı 600-700 AZN

Tələblər

- Çilingər olaraq ən azı 1 il iş təcrübəsi
- Nizam-intizamlı
- Yaş həddi: 25-50
- Təhsil: orta texniki Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində "Çilingər" qeyd edərək CV-lərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə nömrəsi: (051) 788-88-33(012) 464-83-70

Vakansiyaya müraciət edin
Müraciət formu yüklənir...
Telegram