Vəzifə təsviri:
- Şəbəkə infrastrukturu, CCTV və zəif axın sistemlərinin qurulmasına və dəstəklənməsinə yardım.
- Mövcud İT mütəxəssislərinə texniki dəstək göstərəcək.
- Kabel çəkilişi, cihazların montajı və sazlanması. Əsas vəzifələr:
- Şəbəkə avadanlıqlarının quraşdırılması və sazlanması.
- CCTV və zəif axın sistemlərinin quraşdırılmasında iştirak.
- Ofis daxili texniki dəstək (printerlər, kompüterlər və s.).
- Texniki problemlərin diaqnostikası və ilkin həlli. İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Mergagroup ofisi.
- İş saatları: 09:00-dan - 18:00-dək (bazar ertəsi - şənbə).
- Gələcəkdə karyera yüksəlişi və inkişaf üçün perspektivlər. Təklif edilir:
- Təcrübəsizlər üçün öyrədilmə imkanı.
- Peşəkar komanda ilə işləmə şansı.
- Layihələrdə iştirak və praktiki biliklərin artırılması.
- İT, Kompüter Elmləri və ya müvafiq sahədə təhsil (bakalavr və ya tələbə ola bilər).
- Şəbəkə qurulması və avadanlıqlar haqqında baza biliklər (LAN/WAN, router, switch).
- CCTV, zəif axın və yanğın xəbərdaredici sistemlər haqqında ilkin məlumat üstünlükdür. Texniki Bacarıqlar:
- Windows və/və ya Linux əməliyyat sistemləri ilə işləmə bacarığı.
- Texniki problemlərin diaqnostikası və həlli üzrə maraq və baza biliklər.
- Kabel montajı, quraşdırma və texniki xidmət işlərində dəstək göstərə bilmək. Şəxsi Keyfiyyətlər:
- Dəqiq və məsuliyyətli iş yanaşması.
- Sürətli öyrənmə bacarığı və yeni texnologiyalara maraq.
0 Komanda ilə işləmə bacarığı və əməkdaşlıq etmək istəyi. Üstünlük Veriləcək:
- Şəbəkə və təhlükəsizlik sistemləri ilə bağlı əvvəlki təcrübə.
- İngilis dili bilikləri (texniki sənədləri anlama səviyyəsində).
- Sürücülük vəsiqəsi Uyğun namizədlər CV formasını mail vasitəsilə adresinə göndərsin.
Xahiş edirik votsapda yazmayın və votsapa CV göndərməyin.