Daxili auditor

Vakansiya detalları

  • Şirkət AGROPAT MMC
  • Baxış sayı 335
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 30 - 50
  • Əmək haqqı 1000 - 1500 AZN
  • Təcrübə5 ildən artıq

Vakansiyanı premium et

Daxili auditor

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 20 noy 2024
  • Tərtər, Azərbaycan

İş haqqında

- Müəssəsə Tərtər rayonunda yerləşir.
- İş saatı : 08:00-dan - 18:00-dək
- İş qrafiki : həftənin 6 günü (Bazar günü qeyri iş günüdür) Əsas vəzifələr:
Heyvandarlıq və yem istehsalı auditi:
- Quşçuluq və mal-qaranın təchizat zəncirinin auditi və uyğunluq nəzarətinin həyata keçirilməsi.
- Yem istehsalı və satışının maliyyə və əməliyyat proseslərinin audit edilməsi.
Texnikaların uçotuna nəzarət:
- Təsərrüfat texnikalarının uçotunun düzgünlüyünü və inventarizasiyasını yoxlamaq.
- Texnikaların istismarı ilə bağlı xərclərin auditi.
Bağçılıq və bostançılıq auditi:
- Səbzə və meyvə istehsalı proseslərinin iqtisadi effektivliyinin və risklərinin qiymətləndirilməsi.
- Bağçılıq və bostançılıq layihələrində resursların istifadəsinin düzgünlüyünün yoxlanılması.
Maliyyə Auditi:
- Ümumi maliyyə axınlarının və vergi uçotunun qanunvericiliyə uyğun həyata keçirilməsi.
- Təşkilatın maliyyə hesabatlarının dəqiqliyi və şəffaflığının təmin olunması.
Ümumi İşlərin Auditi:
- Təsərrüfatın ümumi iş fəaliyyətinin təşkilatın daxili siyasət və prosedurlarına uyğun aparılmasını qiymətləndirmək.
- İş fəaliyyətində əməliyyat xətalarının və çatışmazlıqların aradan qaldırılması üzrə tövsiyələrin verilməsi.
Beynəlxalq Müqavilələrin və Sənədləşmənin Auditi:
- Beynəlxalq müqavilələrin maliyyə və hüquqi uyğunluğunun təhlili.
- Beynəlxalq ticarət sənədlərinin düzgünlüyünün və uyğunluğunun yoxlanılması.

Tələblər

- Təhsil: maliyyə, iqtisadiyyat və ya müvafiq sahədə ali təhsil.
- İş təcrübəsi: ən azı 5 il daxili audit, maliyyə və vergi uçotu üzrə iş təcrübəsi.
- Dil bilikləri: rus dili yüksək səviyyədə, ingilis dili orta səviyyədə.
- Texniki biliklər: Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.
- Maliyyə və Vergi Uçotu: Milli və beynəlxalq maliyyə və vergi qanunvericiliyini dərindən bilmək.
- Beynəlxalq ticarət: Beynəlxalq müqavilələrin və sənədləşmənin auditi üzrə təcrübə. Xüsusi tələblər:
- Təşkilatın riskləri idarəetmə sisteminin təkmilləşdirilməsi üçün təkliflər vermək.
- Analitik düşüncə və problemləri operativ həll etmə bacarığı.
- Şirkət daxilində etik qaydalara ciddi riayət. Bu təlimat daxili auditorun fəaliyyətini tənzimləyir və onun təşkilatda əsas nəzarət və audit funksiyalarını yerinə yetirməsini təmin edir.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram