- Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Bazarın təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması, texniki məlumat və qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili
- Tədarükçülərlə müqavilələrin bağlanması
- Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması
- Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması
- İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək (şənbə günü novbəli, bir həftədən bir )
- Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
- Ali təhsilli (texniki ali təhsilli olan namizədlərə üstünlük verilir)
- Səlis azərbaycan dili (rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilir)
- MS Office proqramlarından sərbəst istifadə bacarığı
- 1C 8.3 kompleks proqramlaşdırma tətbiqi
- İT , texnologiyalar haqqında məlumatlara sahib olmaq
- İşgüzar ünsiyyət etikası
- Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq
- Komandada işləmək bacarığı Biz təklif edirik:
- Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
- Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
- Peşəkar və karyera yüksəlişi üçün imkanlar
- Rəqabətli əmək haqqı və müavinətlər paketi
- Yeni ideya və yanaşmalara açıq mühit Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur