Logistika üzrə mütəxəssis.

Vakansiya detalları

  • Şirkət Ase Asya kargo ve Logistika
  • Baxış sayı 386
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 21 - 40
  • Əmək haqqı 1000 - 1200 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Logistika üzrə mütəxəssis.

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 09 noy 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət
- Ekspeditorlarla əlaqə, göndərən haqqında məlumatların ötürülməsi, yükləmə tarixinə uyğunluğun monitorinqi, nəqliyyat vasitələrinin yerləşməsi üçün sorğu.yaradılması
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək
- Nəqliyyat və gömrük sənədləri ilə bağlı bütün zəruri icazələrin hazırlanması
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması, vaxtında təqdim edilməsi (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciətin edilməsi və gömrük sistemində bəyannamələrin hərəkətinə nəzarət.
- Malların daxil olma cədvəli və onların dəyəri barədə maliyyə menecerinə hesabat vermək
- Yeni ekspeditorlarla müqavilələrin bağlanması.
- Yeni tərəfdaşların axtarışı
- Uyğunluq sertifikatlarının alınması üçün sənədlərin hazırlanması və göndərilməsi.
- Sığorta şirkətlərinin tələb etdiyi sənədlərin dövlət orqanlarından tələb edilməsi
- Rəhbərliyin tələbi ilə həftəlik və aylıq hesabatların göndərilməsi. İş qrafiki:
- Həftədə 5 iş günü 09:00-dan - 18:00-dək, şənbə 10:00-dan - 14:00-dək, növbə ilə.
- Əmək haqqı: müsahibə nəticələrinə və namizədlərin təcrübəsinə görə müəyyən olunacaq.

Tələblər

- Ali təhsil
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Azərbaycan, ingilis və rus dillərini bilməsi
- Daxili və xarici daşımalar üzrə biliklər
- Gömrük bəyannaməsi haqqında minimum biliklər
- İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Logistika üzrə mütəxəssis ” yazaraq qeyd edilmiş e-mail ünvanına göndərilməsi xahiş olunur.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram