Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi;
Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
ƏDV, Mənfəət, DSMF, Statistika, hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin hazırlanmasını təmin etmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
PMS Sertifikatı mütləqdir.
Ali təhsil: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və s.
İş təcrübəsi: 5 il
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq
Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır
MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri)
Dil biliyi: Azərbaycan dili-yülsək səviyyədə, Rus və İngilis dili biliyi üstünlükdür;
Öhdəliklərini tam və vaxtında icra etmək bacarığı;
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Cins: Qadın