Elektromexanik

Vakansiya detalları

  • Şirkət Glass House
  • Baxış sayı 440
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 50
  • Əmək haqqı 1000 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Elektromexanik

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 27 okt 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Şüşə zavoduna elektromexanik vakansiyası üçün 25-50 yaş arası müvafiq iş üzrə 3 ildən çox iş təcrübəsi olan namizədlər axtarılır.
- İş növbəlidir, növbələr həftəlik olaraq dəyişir.
- 6 günlük iş rejimidir, bazar günü istirahət günüdür, geyim forması və nahar verilir.
- Əməkhaqqı müsahibə əsasında təyin ediləcək.

Tələblər

- Elektrik sxemlərinin oxunması,təmir və bərpa işlərinin həyata keçirilməsini həyata keçirir
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil, istehsalın texniki hazırlığını təmin edir
- Təmir üçün aidiyyatı təşkilatlarla planları (cədvəlləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün materialların hazırlanmasında iştirak edir
- Avadanlıqların təmiri, təmir – istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmir keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlərin tərtibatına rəhbərlik edir
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir
- Köhnəlmiş avadanlıq, maşın və mexanizmləri, obyektləri müəyyən edir, onların təmirini növbələşdirir
- Eksperiment, quraşdırma, yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir
- İstər təmir, istərsə də digər işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına riayət edilməsini rəhbərlik etdiyi sahənin işçilərindən tələb edir
- Testerlərlə işləməyi bacarmalıdır
- Ali təhsilli, rus və ya ingilis dillərini bilən namizədlər tələb olunur Maraqlanan şəxslər elektron poçt ünvanına CV göndərə və ya telefon nömrəsi ilə (vatsap var) əlaqə saxlaya bilər.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram