Loyalliq proqramlari üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət Business İnsight
  • Baxış sayı 408
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 22 - 35
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Loyalliq proqramlari üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 13 okt 2024
  • Bakı, Azərbaycan

İş haqqında

İş öhdəlikləri:
- Loyallıq proqramının hazırlanması və dəstəklənməsi: Müştərilərin proqrama cəlb olunması və saxlanması üçün təkliflərin hazırlanması və inkişaf etdirilməsi də daxil olmaqla loyallıq proqramının yaradılmasında və tətbiq olunamasında vəzifələrin icrası.
- Proqramın effektivliyinin analizi: Loyallıq proqramının işinə dair məlumatların toplanması və təhlili, o cümlədən iştirakçıların fəallıq göstəriciləri, alış-veriş tezliyi və müştəri məmnuniyyəti səviyyəsi və sair metriklərlə olçülməsi.
- Təkliflərin fərdiləşdirilməsi: Proqram iştirakçılarının davranış və üstünlüklərinin təhlili əsasında fərdiləşdirilmiş təkliflərin, eləcə də aksiyaların hazırlanması və tətbiq olunması.
- Digər şöbələrlə koordinasiya: Loyallıq proqramının effektiv işləməsi və onun digər biznes prosesləri ilə inteqrasiyasını təmin etmək üçün marketinq, satış, digital və digər şöbələrlə qarşılıqlı əlaqə.
- Rəqiblərin monitorinqi: Rəqiblərin loyallıq proqramlarının və bazar trendlərinin öyrənilməsi və təhlili, öz proqramını yaxşılaşdırmaq üçün təkliflərin hazırlanması.
- Hesabatlıq və sənədləşmə: Loyallıq proqramının işinin nəticələri haqqında hesabatların hazırlanması, sənədləşmənin aparılması və onun korporativ standartlara uyğunluğunun təmin edilməsi. İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə
- İş vaxtı həftədə 6 iş günü
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Tələblər

“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Loyallıq Proqramları üzrə Mütəxəssis” vəzifəsi üzrə aktiv vakansiya var. - Bəy və ya Xanım namizədlər
- Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi)
- Yaş həddi: 22-35
- Rus və ingilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır
- Marketinq və ya loyallıq proqramları sahəsində ən azı 2 illik təcrübə
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq Maraqlı olan namizədlər öz CV-lərini ünvanına “Loyallıq proqramları üzrə mütəxəssis” başlığı altında göndərə bilərlər.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram