Insan resurslari şöbəsinin rəhbəri

Vakansiya detalları

  • Şirkət Hayat Clinic
  • Baxış sayı 406
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 45
  • Əmək haqqı 800 - 1000 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Insan resurslari şöbəsinin rəhbəri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 05 okt 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi ilə bağlı prosedurları yerinə yetirmək
- E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək
- Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, ilkin müsahibəni təşkil etmək, vakansiyalara uyğun namizədləri seçmək
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasına lazımi dəyişiklikləri vaxtı-vaxtında daxil etmək
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və qeydiyyatını aparmaq; əmək kitabçalarını əmrlər əsasında doldurmaq
- Əmək müqaviləsinin dəyişiklikləri ilə bağlı sənədləri tərtib etmək və imzalatmaq
- İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təhvil vermək
- Müvəqqəti əmək qabiliyyətini itirmə və analıq məzuniyyəti ilə bağlı sənədləri hazırlamaq və sistemə yerləşdirmək
- İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət etmək
- Daxili nizam-intizama nəzarət etmək
- Arayış, xasiyyətnamə və digər sənədləri hazırlamaq.
- İş yeri: Bakı,Yasamal
- İş rejimi:6 gün - 09:00-dan 18:00-dək (şənbə-qısa iş günü)
- Əmək haqqı: 1000 AZN

Tələblər

- Ali təhsil (İnsan resurslarının idarə olunması üzrə ali təhsil arzuolunandır)
- İnsan resursları sahəsində ən azı 1 il iş təcrübəsi
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli
- MS Office (xüsusilə MS Excel), ƏMAS sistemi ilə sərbəst şəkildə işləmək bacarığı
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
- Azərbaycan və rus dillərini mükəmməl bilmək. Şəkilli CV-nizi elektron ünvanına göndərin.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram