Mühasib

Vakansiya detalları

  • Şirkət W&E Forward International Transport - 1994-cü il tarixindən fəaliyyət göstərən Beynəlxalq Yükdaşıma və Logistika şirkətidir
  • Baxış sayı 382
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 35
  • Əmək haqqı 800 - 1000 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Mühasib

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 26 sen 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Mühasibatlıq , Vergi uçotu , DSMF, Statistika ilə bağlı hesabatları hazırlamaq və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Elektron Qaimə Faktura və Vergi Hesab Fakturalar ilə işləmək
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatları icra etmək
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişləri həyata keçirmək
- Kreditor və debitorlar ilə üzləşmələr aparmaq
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət ilə bağlı əməliyyatları icra etmək
- Görülmüş işlərə dair bütün təsdiqedici sənədləri toplamaq, tərtib etmək və saxlamaq
- Aparılan əməliyyatlar barədə rəhbərliyə hesabatlar vermək. Əmək Şəraiti:
- AR-nın ƏM - nə uyğun sənədləşmə
- İş Rejimi: Həftənin 5 günü
- İş saatı: 09:00-dan 18:00-dək
- Nahar fasiləsi 13:00-dan 14:00-dək.
- Ünvan: Bakı şəhəri, Azera Holding

Tələblər

- Ali təhsil (mühasibat uçotu, maliyyə və iqtisadiyyat üzrə arzu olunandır )
- 2 il iş təcrübəsi (Logistika və nəqliyyat sektorunda üstünlükdür)
- E - taxes.gov.az, BTP, İSB portallarından istifadə bacarığı
- 1C 8.3 proqramından istifadə bacarığı
- MS Ofis proqramlarından istifadə bacarığı Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “mühasib” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram