Nümunələrin qeydə alinmasi üzrə texnik - təcrübəçi

Vakansiya detalları

  • Şirkət Azecolab Company MMC
  • Baxış sayı 411
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 20 - 27
  • Əmək haqqı 200 - 300 AZN
  • Təcrübə1 ildən aşağı

Vakansiyanı premium et

Nümunələrin qeydə alinmasi üzrə texnik - təcrübəçi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 19 sen 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Nümunələri müəyyən edilmiş proseduraya əsasən qeydiyyatdan keçirmək
- Nümunə qablarını müəyyən edilmiş proseduraya əsasən hazırlamaq
- Sahə işləri departamentinin daxili təchizatına nəzarət etmək və uyğun sifarişlərin vaxtında icrasını həyata keçirmək
- Uyğun tapşırıqların planlanmasında iştirak və vaxtında icrasına nəzarət etmək
- Sahə işləri departamentinin işçilərinə elektron sənədləşmə işlərində köməklik etmək
- Laboratoriyada keyfiyyətin təminatı və keyfiyyətə nəzarət üzrə menecerin və layihə rəhbərlərinin vəzifəyə uyğun digər tapşırıqları yerinə yetirmək
- İş zamanı keyfiyyətə nəzarət tədbirlərini həyata keçirmək və qeydləri aparmaq
- Problem aşkar olunduqda dərhal aidiyyəti şəxslərə məruzə etmək və problemin aradan qaldırılmasında iştirak etmək. İş şərtləri:
- İş qrafiki: həftənin 5 iş günü (Bazar ertəsi-Cümə)
- Ehtiyac olduqda, layihələrdən asılı olaraq dəyişən qrafik ilə işləmək imkanı
- İş yeri: Azecolab Company MMC. Ünvan: Səbayil rayonu, Səlyan şossesi, 32, Bakı, Azərbaycan.
- İş saatları: 08:30-dan - 17:00-dək Qeyd:
- Nəqliyyat şirkət tərəfindən təmin olunur
- Təcrübə müddəti ödənişlidir
- Təcrübə proqramı 2 ay müddətini əhatə edəcək
- Təcrübə müddətini uğurla keçmiş təcrübəçilər Şirkətdə vakansiya yarandığı təqdirdə işlə təmin olunacaqlar. Və ya gələcəkdə yaranan vakansiyalarda ilkin olaraq nəzərə alınacaqlar

Tələblər

- Ali təhsil və ya orta ixtisas təhsili (texniki sahələr üzrə)
- 1 ilə yaxın iş təcrübəsi və ya təcrübəsi olmayan
- Azərbaycan dili, İngilis dili (yaxşı)
- MS Office proqramları, Outlook
- Yüksək qavrama və öyrənmə qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək bacarığı.
- Şirkətin daxili qayadalarına riayət etmə və nizam-intizamlı olma Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Nümunələrin qeydə alınması üzrə texnik” yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. Bitmə tarixini 30 avqust 2024

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram