Çağri mərkəzinin rəhbəri

Vakansiya detalları

  • Şirkət Pizza Mizza
  • Baxış sayı 597
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 40
  • Əmək haqqı 1200 - 1800 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Çağri mərkəzinin rəhbəri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 13 sen 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Çağrı Mərkəzi bölməsinin gündəlik əməliyyatlarını idarə etmək və səmərəli şəkildə təşkil etmək.
- Müştərilərin zənglərinin peşəkar və nəzakətli şəkildə qəbul olunmasına və sifarişlərin düzgün şəkildə yerinə yetirilməsinə nəzarət etmək.
- Çağrı Mərkəzi heyətinin bilik və bacarığının inkişaf etdirilməsi üçün təlim proqramlarını hazırlamaq və həyata keçirmək.
- Təqdim edilmiş maliyyə və əməliyyat hədəflərinə çatmaq üçün işin təşkili və nəzarət.
- Müştərilərdən daxil olan sifarişlərin düzgün qəbul edilməsi və yönləndirilməsinə nəzarət etmək.
- WhatsApp və onlayn platformalar üzərindən sifarişlərin qəbul edilməsinə nəzarət etmək.
- Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsinə nəzarət etmək.
- Müştəri məmnuniyyətini təmin etmək üçün yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək.
- Çağrı Mərkəzi vasitəsilə satışların düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək.
- Müştərilərə məhsul, endirim, aksiya və yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsinə nəzarət etmək.
- Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılmasına nəzarət etmək və zəruri hallarda icra etmək.
- Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması.
- Çağrı Mərkəzinin performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək.
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi.
- SOP-ların (Standard Operating Procedures) yerinə yetirilməsini təmin etmək və onları təkmilləşdirmək.
- Bölmənin işini və işçilərin performansını ölçmək, analitik işlər aparmaq və müxtəlif hesabatlarla işləmək.
- Bölmənin satış məqsədlərinə nail olmaq üçün strateji planlar hazırlamaq və həyata keçirmək. İş şəraiti:
- Gənc və mehriban kollektivdə iş
- İş vaxtı 6 günlük
- Əmək haqqı müsahibə əsasında.
- Nahar şirkət tərəfindən aylıq ödənilir.
- Əmək haqqı 1200 - 1800 Azn.

Tələblər

- Müştəri xidməti və zəng mərkəzi idarəçiliyi sahəsində təcrübə.
- Yüksək səviyyədə ünsiyyət və rəhbərlik bacarıqları.
- Problem həll etmə qabiliyyəti və münaqişə idarəetmə bacarıqları.
- Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı.
- Dinamik və sürətli iş mühitində işləmək bacarığı.
- Müştəri məmnuniyyətinə yönəlmişlik.
- Fərqli növbələrdə işləmək bacarığı

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram