Iş icraçisi

Vakansiya detalları

  • Şirkət "Baku Pearl Residence" MMC
  • Baxış sayı 412
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 35 - 50
  • Əmək haqqı 1300 - 1500 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vakansiyanı premium et

Iş icraçisi

  • Təhsil: Natamam ali
  • Son müraciət tarixi: 30 avq 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək
- Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək
- İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək
- İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq
- Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək,
- 6 günlük iş həftəsi
- İş saatları: 08:00-dan -18:00-dək
- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır

Tələblər

- Ali təhsilli (inşaat mühəndisi)
- Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli
- Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli
- Layihələri oxumağı və təhlil etməyi bilməli
- Bu sahə üzrə 5 il iş təcrübəsi olmalı
- MS Office ( Word, Excel), Auto Cad və 3D Max proqramlarında işləməyi bilməli
- Yaş həddi 35-50
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram