Mühasib

Vakansiya detalları

  • Şirkət BlackWell MMC
  • Baxış sayı 401
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 35
  • Əmək haqqı 700 - 900 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vakansiyanı premium et

Mühasib

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 10 avq 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin tərtib etmək və vergi orqanlarına təqdim etmək
- Vergi və digər orqanlardan daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini həyata keçirmək
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlanmasında iştirak etmək
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət
- Bank, əməkhaqqı sənədlərinin işlənməsi, işçilərlə hesablaşmaların təmin edilməsi
- Hesablanmış və ödənilmiş əmək haqqının uçotunun aparılması və sənədlərin tamlığına nəzarət
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək
- İlkin mühasibat uçotu sənədlərinin, E-qaimələrin uçotunun aparılması
- Maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini icra etmək
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, təsərrüfat mallarının, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılması
- İnventarizasiya işinin təşkilində iştirak etmək
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi
- Həftəiçi 5 gün saat 09:00-dan -18:00-dək
- İş yeri: Bakı, Azure Business Center

Tələblər

- Ali təhsil
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilmək
- Azərbaycan Respublikası Vergi Məcəlləsini bilmək
- Xidmət və satış sahəsində mühasib kimi 3 ilədək iş təcrübəsi
- İngilis dilində minimum B2 səviyyədə biliklər
- Microsoft Office, vergi və muhasibatlıq proqramlarında işləmə bacarığı
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram