Müəssisınin fəaliyyət istiqamətlərinə uyğun olaraq, xarici ölkələrlə habelə xarici
qurumlarla əməkdaşlıqların edilməsi, mövcud əməkdaşlıqların idarə olunması.
Əməkdaşlıq çərçivəsində layihələrin və tədbirlərin tərtibatında iştirak etmək.
Birbaşa rəhbərin tələblərinə uyğun olaraq fəaliyyət istiqamətinin
genişləndirilməsində iştirak etmək.
Müəssisənin fəaliyyət istiqamətinə uyğun olaraq beynəlxalq təcrübələrin
öyrənilməsi.
Qurumun üzv olduğu beynəlxalq təşkilatlarda fəaliyyətini, Beynəlxalq
müqavilələrin və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin
yaxından izlənməsi və müəssisənin fəaliyyətində tətbiq olunması. İş vaxtı: Bazar Ertəsi-Cümə 09:00-18:00
Xarici dil tələbi Rus dili və İngilis dili ( min 6.5 İELTS).
Çin, ərəb, fars, ingilis, gürcü, alman, fransız dilləri üstünlükdür.
Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün)
İctimai Münasibətlər, Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq Politologiya, Regionşunaslıq və ya digər müvafiq sahə üzrə ali təhsil ;
Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
İşgüzar yazışmaların aparılması bacarığı;
Komandada çalışma bacarığı
Analitik düşünmə bacarığı;
Problem həlletmə bacarığı;
Planlama və zamanın idarəolunması;
Situativ qərarvermə;
Yüksək ünsiyyət bacarıqları.