Satiş təmsilçisi

Vakansiya detalları

  • Şirkət Office Lines
  • Baxış sayı 402
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 40
  • Əmək haqqı 700 - 1200 AZN
  • Təcrübə1 ildən aşağı

Vakansiyanı premium et

Satiş təmsilçisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 01 avq 2024
  • Bakı, Azərbaycan

İş haqqında

Vəzifə öhdəlikləri:
- Təyin olunmuş satış planlarına əsasən “Office Lines” MMC -ni təmsil edərək aylıq satış hədəfləri yerinə yetirmək
- Yeni müştərilərin axtarışı, cəlb edilməsi və müqavilələrin imzalanma prosesinə rəhbərlik etmək
- Mövcud müştəri bazasını idarə etmək, sənədləşmə, hesabların yazılması, borcların gecikmədən ödənilməsinə nəzarət etmək, müvafiq dəstək göstərmək
- Müştəri ehtiyaclarını qarşılamaq üçün texniki heyət və digər daxili işçilərlə aparılan işlərdən məlumatlı olmaq və dəstək olmaq
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- Satışın inkişaf etdirilməsi və optimallaşdırılması üçün təkliflər hazırlayıb təqdim etmək
- Ünsiyyət prosedurlarına, qaydalarına və siyasətinə riayət etmək
- Şirkətə aid məlumatın məxfiliyinin qorunması
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
İş şəraiti:
- AR əmək məcəlləsinə uyğun sənədləşmə
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 3T (Koroğlu metro stansiyasının yaxınlığında)
- İş qrafiki: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur Müraciət etmək üçün:
- Namizədlər CV-lərini “Satış təmsilçisi” başlığını qeyd etməklə, elektron ünvanına göndərə bilərlər.

Tələblər

- Ali təhsil
- Yaş: 25-40
- Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, (Rus və İngilis dilləri arzuolunandır)
- Kompüter bacarıqları: Outlook, Excel, Word, Power Point tətbiqi proqramlarında işləmə bacarığı
- 1C və Bitrix24 proqramlarında işləmə bacarığına üstünlük verilir
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
- Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti
- Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları
- Komanda isə işləmək bacarığına sahib olmaq

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram