Mühasib mütəxəssisi

Vakansiya detalları

  • Şirkət Horizon Group of Companies MMC
  • Baxış sayı 156
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 23 - 30
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən aşağı

Vəzifələr

Vakansiyanı premium et

Mühasib mütəxəssisi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 11 iyl 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (Kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili
- Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi
- Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması
- Bank (malsatanlara, büdcə təşkilatlarına, işçilərə əməkhaqqı ödənişləri) , ƏDV DH ödəniş, kassa (gündəlik kassa satışları üzrə mədaxil və məxaric orderlərinin tərtibatı) əməliyyatları
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək
- Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu
- Müştərilərin və əlaqəli şəxslərin E-mail və telefonlarının cavablandırılması
- Rəhbərliyə tələb edilən məlumatların verilməsi
İş qrafiki:
- Həftənin 6 iş günü, 09:00-dan - 18:00-dək
- Bazar və bayram günləri qeyri iş günləridir
- Əmək haqqı: müsahibə əsasında təyin ediləcək

Tələblər

- Cinsi: Xanım namizəd
- Yaş: 22-30 yaş
- Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə)
- Dil bilikləri: azərbaycan dili – mükəmməl. (rus və ingilis dili – orta səviyyədə bilmək üstünlükdür)
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və.s digər qanunvericilik aktlarının əlaqəli maddələri haqqında məlumatlı olmaq
- Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.)
- Mühasibatlıq sahəsində azı 1 illik iş təcrübəsi
- Mühasibat 1C/8.3 proqramını bilmək
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı
- Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq
- Komanda və müştərilər ilə işləmək bacarığı
- Dəqiqlik, məsuliyyətlilik, düzgünlük, etibarlılıq, yüksək riyazi və analitik düşüncə qabiliyyəti kimi göstəricilərə sahib olmaq Namizədlər CV-ni mövzu yerində “Əməliyyatçı mühasib” başlığı yazmaqla e-mail ünvanına göndərə bilərlər

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram