Baş mühasib

Vakansiya detalları

  • Şirkət Altes Union
  • Baxış sayı 238
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 45
  • Əmək haqqı 1400 - 1500 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vəzifələr

Vakansiyanı premium et

Baş mühasib

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 24 iyn 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Əmlakın, öhdəliklərin və təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesab işləri haqqında qanunvericilik aktları, qərarlar, sərəncamlar, əmrlər, yol göstərici, metodik və normativ materiallar
- Şirkətin mühasibat uçotunun formaları və metodları
- Mühasibat uçotunun sahələri üzrə sənəd dövriyyəsinin təşkili
- Əsas vəsaitlər, mal-material qiymətliləri və pul vasitələrinin hərəkəti ilə əlaqədar əməliyyatların sənədləşdirilməsi və mühasibat uçotu hesablarında əks etdirilməsi qaydaları
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi analizi metodları
- Hesablama texnikasının istismarı qaydaları
- Əmək və idarəetmənin təşkili, iqtisadiyyatı
- Təsərrüfat işlərinin bazar metodları
- Əmək qanunvericiliyi
- Əməyin mühafizəsi qaydaları və normaları İşın ümumi təsviri:
- Şirkətin bütün mühasibat işlərinin, sənədlərin və uçotunun aparılması İş vəzifələri:
- Əmlak, öhdəlik və təsərrüfat əməliyyatları (əsas vəsaitlərin, mal-materiallar, istehsalat və satış xərcləri, maliyyə-təsərrüfat fəaliyyətlərinin nəticələri, təchizatçı və sifarişçilərlə hesablaşmalar və s. uçotu) mühasibat uçotunun aparılması
- Müvafiq mühasibat uçot sahələri üzrə ilkin sənədlərin qəbul edilməsinin və yoxlanmasının həyata keçirilməsi və onların hesab işləri üçün hazırlanması
- Əsas vəsaitələr, mal-material vasitələri və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotu hesablarında əks etdirməlidir
- Məhsulların maya dəyərin hesabatının hazırlanması, itki və qeyri-istehsal xərclərinin yaranma səbəblərinin ortaya çıxarılması, onların qarşısının alınması təkliflərinin hazırlanması
- Büdcəyə vergi və yığımların, dövlətin büdcədənkənar sosial fondlarına sığorta haqqlarının, bank təşkilatlarında ödəmələrin, sərmayə investisiyalarının maliyyələşdirilməsinə, işçi və əməkdaşların əmək haqqlarının, digər ödənişlərin, həmçinin şirkət əməkdaşlarının maddi stimullaşdırılması üçün hesablama və köçürmələrin yerinə yetirilməsi
- Rəhbərləri, kreditorları, debitorları, sərmayəçiləri, auditorları və digər mühasibat hesabatı istifadəçilərini müvafiq sahələrdə müqayisə edilə bilən və dəqiq mühasibat üçotu məlumatlarıyla təmin edilməsi
- Tip forması nəzərdə tutulmamış təsərrüfat əməliyyatlarının sənədləşdirilməsində istifadə etmək edilən ilkin sənəd formaları, hesab planını, həmçinin daxili mühasibat hesabatı sənədlərinin hazırlaması, uçotun aparılmasının əsas metodların məzmununun və mühasibat məlumatlarının işlənəcəyi texnologiyaların təyin ediməsində iştirak edilməsi
- Mühasibat uçotu və hesabatlarının göstəricilərinə əsasən şirkətin maliyyə-təsərrüfat işlərinin iqtisadi analizində, yeni mühasibat uçotu forma və metodlarının işlənməsi və tətbiq edilməsində, pul vəsaitləri və mal-material vasitələrinin inventarlaşdırılmasında iştirak ediiməsi
- Mühasibat uçotunun müvafiq sahələri üzrə məlumatların hazırllanması, mühasibat sənədlərinin bütünlüyünə nəzarət edilməsi, arxivə verilməsi üçün onların müvafiq qaydada hazırlanması
- Mühasibat məlumatlarının verilənlər bazasının formalaşdırılması, işlənməsi və saxlanması üzrə işlərin yerinə yetirilməsi, göstəricilərin işlənməsi zamanı məlumatlandırıcı və normativ göstəricilərdə dəyişikliklər edilməsi
- Məsələlərin iqtisadi quruluşunun hazırlanmasında iştirak edilməsi, iqtisadi məlumatların işlənməsi üçün iqtisadi əsaslı sistemlərin hazırlanmasında hazır layihə, alqoritm və tətbiq proqramlarının istifadəsi mümükünlüyünü müəyyən edilməsi
- İş prosesində ona aydın olmuş məlumatların tam məxfiliyinə riayət etməməsi
- Mal dövriyyəsi və müştəri və təchizatçılarla hesablaşma şərtləri haqqında məlumatlar
- Şirkətin daxili maliyyə sənədlərinin forması və tərkibi haqqında məlumatlar
- Şirkət işçilərinin əmək haqqı ölçüsü
- Şirkətin ticari sirrlərini təşkil edən digər məlumatlar
- Daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşılması və onlara riayət edilməsi
- Şirkətə aid bilgilərin məxfiliyinin qorunması
- Müdriyyət tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəliklərinin yerinə yetirilməsi
- İş qrafiki: həftə içi 5 iş günü 09:00-dan - 18:00-dək
- Əmək haqqı: müsahibə əsnasında

Tələblər

- Hesablama və riyazi bacarığları
- Yaxşı idarəçilik və planlaşdırma bacarıqları
- Məsuliyyət daşıdığı sahə üzrə işlərin öhdəsindən gələ bilmək və təzyiq altında işləmək qabiliyyəti
- Kollektivdə yüksək işləmək bacarığı
- Müstəqil işləmə bacarığı
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
- Problemləri həlletmə bacarığı
- Analiz etmə bacarığı
- Müvafiq sahələr üzrə riskləri və qabaqlayıcı tədbirləri anlamaq bacarığı
- Kompüter bacarıqları: Microsof Office (Excel, Word); Outlook; 1C
- Dil bilikləri: azərbaycan və rus dillərini bilmək Qeyd olunan tələblərə uyğun namizədlər CVlərini elektron ünvanına “Baş mühasib” qeyd etməklə göndərə bilərlər

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram