Baş maliyyə inzibatçisi (cfo)

Vakansiya detalları

  • Şirkət "Qarabağ Taxıl" MMC
  • Baxış sayı 165
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 30 - 50
  • Əmək haqqı 2000 - 4000 AZN
  • Təcrübə5 ildən artıq

Vəzifələr

Vakansiyanı premium et

Baş maliyyə inzibatçisi (cfo)

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 16 iyn 2024
  • Beyləqan, Azərbaycan

İş haqqında

- Müəssisə ölkənin 4 rayonunda – Beyləqan, Ağcabədi, Ağsu, Kürdəmir rayonlarında əkin sahəsilərinə malikdir
- Dən və yem qarğıdalı, arpa, buğda, günəbaxan yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir
- Baş ofis Beylaqan rayonunda yerləşir və Baş Maliyyə inzibatçısı (CFO) vakansiyası üzrə iş elan edir
- Maliyyə Departamentinin Rəhbəri kimi siz maliyyə strategiyalarımızın formalaşdırılmasında və həyata keçirilməsində, şirkətin maliyyə sağlamlığının təmin edilməsində, onun böyüməsinə və gəlirliliyinə töhfə verməkdə mühüm rol oynayacaqsınız
- Siz maliyyə məqsədlərimizə nail olmaq üçün strateji istiqamət və əməliyyat rəhbərliyi təmin edən maliyyə mütəxəssislərindən ibarət komandaya rəhbərlik edəcəksiniz
- Bu vəzifə birbaşa İdarə Heyətin sədrinə hesabat verir və icraçı rəhbərlik komandası ilə sıx əməkdaşlıq edir

- İş qrafiki : 5 tam iş günü
- Əmək haqqı – 4500 azn
- İş yeri: Beylaqan rayonu
- Sınaq müddəti 3 ay
- Müqavilə müddəti – 3 aydan - 3 ilə kimi
- Korporativ nömrə
- Avtomobil üçün yanacaq
- Yaşayış evi

Tələblər

- Maliyyə, Mühasibatlıq və ya müvafiq sahədə bakalavr dərəcəsi (Magistr/MBA-ya üstünlük verilir)
- Maliyyə əsasları (BMHS və s.) və vergi qanunvericiliyi üzrə biliklər
- Peşəkar mühasibat ixtisası üzrə sertifikatların (PMS, ACCA, CIMA və s.) olması arzu olunandır
- Maliyyə sahəsində minimum 5 il və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
- Kənd təssərüfatı sahəsinin dinamikası, tendensiyaları və çətinlikləri haqqında anlayışlar
- Strateji maliyyə planlaşdırması, büdcə və proqnozlaşdırma sahəsində təcrübə
- 1C Maliyyə proqramları və ERP sistemləri üzrə əsaslı biliklər
- Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər
- 30-50 yaş həddi
- Stresədavamlı, tələbkar, məsuliyyətli
- Müstəqil qərar vermə, idarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı Əsas vəzifə öhdəliklər:
- Şirkətin uğurlu inkişafı üçün maliyyə siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq
- Şirkətin maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması
- Şirkətin maliyyə aktivlərini idarə etmək, illik büdcəni planlaşdırılmaq və xərclərə nəzarət etmək
- Şirkətdə maliyyə durumunu təhlil etmək, proqnozlar vermək və bu prosesə uyğun şirkətin maliyyə strategiyasını qurmaq və maliyyə fəaliyyətini idarə etmək
- Şirkətin strategiyasına uyğun pul hərəkətləri və maliyyə-mühasibatlıq üzrə aparılan proseslərə nəzarət etmək
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları və departament daxilində aparılan hər növ əməliyyat və sənədləşmə işlərinə nəzarət etmək
- Audit, mühasibatlıq və maliyyə-mühasibatlıq sahəsində aparılan digər hesabatları analiz etmək
- Şirkətin maliyyə vəziyyəti barədə daima məlumatlı olmaq və problemlərin qarşısını almaq üçün fəaliyyət göstərmək
- Maliyyə resurslarından qənaətli istifadə olunmasına nəzarət etmək və maliyyə ilə bağlı riskləri idarə etmək
- Maliyyə və kassa intizamına ciddi riayət edilməsinə nəzarət yetirmək, mövcud olan riskləri araşdırıb aradan qaldırmaq
- Əməliyyat risklərinin dəyərləndirilməsi, şirkət xərclərinin optimallaşdırılması, pul vəsaitləri və mal-material qiymətlilərinə nəzarət və uçotundakı çatışmazlıqların aşkarlanması istiqamətdə əsaslı tədbirlər həyata keçirmək

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram