Siğorta akademiyasi layihəsi üzrə təcrübəçi

Vakansiya detalları

  • Şirkət ATƏŞGAH SİĞORTA
  • Baxış sayı 259
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 18 - 25
  • Əmək haqqı Əmək haqqı razılaşma ilədir
  • Təcrübə1 ildən aşağı

Vəzifələr

Vakansiyanı premium et

Siğorta akademiyasi layihəsi üzrə təcrübəçi

  • Təhsil: -
  • Son müraciət tarixi: 12 iyn 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- «Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur
- Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur
- 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar.
- Hal-hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır
- “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır
- Daha ətraflı məlumat almaq üçün saytına müraciət edə bilərsiniz
- «Atəşgah» sığorta şirkətinin «Sığorta Akademiyası» layihəsi üzrə yeni seçim mərhələsinə start verilir!
- Bu dəfə, karyerasını Sığorta istiqamətində qurmağı planlaşdıran potensial gənclər öz başlanğıc texniki biliklərini «Atəşgah Sığorta Akademiyası» da daha da inkişaf etdirərək, aktiv layihələrimizdə iştirak etmək şansı qazanacaqlar
- Gələcək karyerasını «Atəşgah» ilə davam etdirmək istəyən və peşəkarlığına güvənən hər bir gənc layihəmizə qatıla bilər
- Proqramı uğurla bitirən namizədlər «Atəşgah» komandasına qoşulmaq imkanı əldə edəcək! Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- İşlə təmin olunma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Satışlara əsasən artan gəlir İş şərtləri:
- İş vaxtı 09:30-dan - 17:30-dək
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş yeri Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 16

Tələblər

- Bəy və Xanım namizədlər
- Təhsil: natamam ali və ali
- İş təcrübəsi: satış sahəsi üzrə təcrübə arzuolunandır
- Dil bilikləri: azərbaycan dili (əla), əlavə olaraq rus dili və ingilis dili (arzu olunandır)
- MS Office proqramları ilə işləmək bacarığı
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
- Yenilikləri tətbiq etmək bacarığı Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
- Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri şirkətlə əməkdaşlıq etməyə dəvət etmək Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri xahiş olunur

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram