Hündürlükdə qumlayici-rəngsaz

Vakansiya detalları

  • Şirkət Qartal Tikinti Firması
  • Baxış sayı 221
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 21 - 45
  • Əmək haqqı 700 - 1000 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vəzifələr

Vakansiyanı premium et

Hündürlükdə qumlayici-rəngsaz

  • Təhsil: -
  • Son müraciət tarixi: 09 iyn 2024
  • Sumqayıt, Azərbaycan

İş haqqında

- Əmək haqqı: 700-1000 AZN (vergilər çıxıldıqdan sonra)
- Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə
- Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat Şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın qumlama və boyama işləri yerinə yetiriləcək
- Qartal Tikinti firmasının metal-konstruksiya sexində sifarişçi obyektlərində metal konstruksiyaların qumla təmizləmə və boyama işlərini yerinə yetirəcəkdir İş şəraiti:
- İş saatı 08:00-dan - 18:00-dək
- İstirahət günü - Bazar günləri
- Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir
- İş yerinə və geriyə daşınma Qartal Tikinti firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir
- Dənizdə işləyən zaman, platformada gecələmək üçün otaq ayrılacaqdır və səhər, günorta və axşam yeməyi təmin ediləcəkdir
- İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti firmasının metal konstruksiya sexi

Tələblər

- Müasir qumlama aparatı və rəngləmə aparatları ilə işləməyi bacarmalıdır
- O cümlədən: elektriklə işləyən 10 atmosfer gücündə olan ATV 55 hava kompressoru Türkiyə istehsalı
- Endüstri-GM Qumlama aparatı, EGM - BP 100, Həcmi – 100 litr, maksimum işçi təzyiqi – 12 bar, hündüylüyü – 1 120 mm, diametri – 550 mm Türkiyə istehsalı
- Boyanı çiləmək üçün qurğu – 3000PSİ (207 bar, 20.7 Mpa) ABŞ istehsalı
- GX Elektriklә işlәyәn havasız boya çilәyici, Model GX 21 ABŞ istehsalı
- Hündürlükdə və yer səviyyəsində metal konstruksiyanı qum şırnağı ilə təmizləməyi bacarmalı, boya zamanı astar boyasını, ara qat boyanı və son qat boyanın rəngləmə proseduruna uyğun yerinə yetirməli
- Qumla təmizləmə və rəngləmə işləri üzrə ən azı 3 il iş təcrübəsi olmalı
- Hündürlükdə rəngsaz və qumlayıcı işləmək üçün sertifikata malik olmalıdır
- Əgər sertifikatı yoxdursa, Qartal Tikinti firmasının təlim-tədris mərkəzində müvafiq kurs keçdikdən sonra, uyğun nəticə əldə edərsə, müvafiq sertifikat veriləcəkdir
- İşləri təhlükəsiz yerinə yetirmək üçün hündürlükdə işləmək üçün avadanlıqlarından və fərdi mühafizə vasitələrindən istifadə etməyi bacarmalı
- İş proseduru və riski dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir
- Qumlama işləri aparılarkən Qartal TF-nın keyfiyyət tələblərinə uyğun olaraq metal səthlərin tələb olunan qumlama dərəcələrinə qədər təmizlənməsi işləri yerinə yetirməlidir - Səthin təmizləməsinin keyfiyyətini yoxlamaq üçün Elcometer 124 Thickness Gauge İngiltərə istehsalı test avadanlığından istifadə etməyi bacarmalıdır
- Boyama işlərini yerinə yetirərkən boya istehsalçısının tələbinə uyğun yerinə yetirməli, boyama
prosedurunun tələblərinə uyğun işini qurmalı, boyanın tipinə uyğun astar, aralıq və son qatının qalınlığını, məsələn international boya üçün (800 mikron) astar qatı 40 mikron, ara qatı 740 mikron, son qat 65 mikron rəngləməyi bacarmaldır
Boyanın qalınlığını ölçmәk üçün avadanlıq PosiTector 6000 RFS Probe model ABŞ istehsalı olan test cihazından istifadə etməyi bacarmalıdır
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli
- Qurğularda rəngləmə texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir
- Hündürlükdə işləri yerinə yetirmək üçün sağlamlıq haqqında arayış təqdim etməlidir
CV-nizi email ünvanına göndərin

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram