- Əmək haqqı: 700-1000 AZN (vergilər çıxıldıqdan sonra)
- Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə
- Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat Şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın montaj və demontaj işləri yerinə yetiriləcək
- Qartal Tikinti firmasının metal-konstruksiya sexində sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal profillər kəsilib, qaynaq üçün hazırlayacaqdır
- Sifarişçinin obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdıracaqdır İş şəraiti:
- İş saatı 08:00-dan - 18:00-dək
- İstirahət günü - Bazar günləri
- Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir
- İş yerinə və geriyə daşınma Qartal Tikinti firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir
- Dənizdə işləyən zaman, platformada gecələmək üçün otaq ayrılacaqdır və səhər, günorta və axşam yeməyi təmin ediləcəkdir
- İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti firmasının metal konstruksiya sexi
- Müxtəlif hündürlükdə metal konstruksiyadan olan qurğularda montaj və demontaj işlərində ən azı 3 il iş təcrübəsi olmalı
- Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli
- İşləri təhlükəsiz yerinə yetirmək üçün hündürlükdə işləmək üçün avadanlıqlarından və fərdi mühafizə vasitələrindən istifadə etməyi bacarmalı
- İş proseduru və riski dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir
- Hündürlükdə işləmək üçün sertifikatı olanlara üstünlük veriləcək
- Hündürlükdə işləmək üçün sertifikatı yoxdursa, Qartal Tikinti firmasının təlim-tədris mərkəzində müvafiq kurs keçdikdən sonra, uyğun nəticə əldə edərsə, müvafiq sertifikat veriləcəkdir
- Kəsici alətlər: rezak, laqonda işlədə bilməli
- Çertyojla işləmək və ölçü işlərini sərbəst sürətdə bacarmaq
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli
- Hündürlükdə işləri yerinə yetirmək üçün sağlamlıq haqqında arayış təqdim etməlidir CV-nizi email ünvanına göndərin