Sətəm üzrə mütəxəssis

Vakansiya detalları

  • Şirkət AquaLink MMC
  • Baxış sayı 284
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 28 - 50
  • Əmək haqqı 800 - 1200 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vəzifələr

Vakansiyanı premium et

Sətəm üzrə mütəxəssis

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 17 may 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- "Aqualink MMC" şirkəti ölkəmizdə 10 ildən artıqdır ki, su sistemləri və kimyəvi maddələrin təchizatı, layihələndirmə sahəsində fəaliyyət göstərir
- Fəaliyyət sahəmiz məişətdə, sənayedə, səhiyyədə və s. sahələrdə su təmizliyini, tullantı su sistemlərinin hazırlanmasını, su təmizləyici qurğuların quraşdırılmasını, montajını və servisini, o cümlədən geniş çeşidli kimyəvi maddələrimizin satışını həyata keçirməkdir
- Şirkətimiz Almaniyanın, İtaliyanın, Danimarka, Türkiyə və İsveçrənin bir sıra şirkətlərinin Azərbaycan nümayəndəliyini həyata keçirir
- Saytımızda (aqualink.az) referanslar bölməsində əməkdaşlıq etdiyimiz şirkətlərin bir qismi ilə tanış ola bilərsiniz
- "Aqualink" MMC xidmət imkanlarını təkmilləşdirmək üçün üçün “SƏTƏM üzrə mütəxəssis” vakansiyasını elan edir
- Ən yaxşı iş mühiti və şirkətin daxilində inkişaf etmək imkanı verən müasir və ixtisaslaşmış şirkətə qoşulacaqsınız
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməlidir
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir
- Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə
- Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına
- Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə
- İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə
- Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə İş rejimi:
- Həftə içi saat 09:00-dan - 18:00-dək
- Əmək haqqı - razılaşma ilə

Tələblər

- Ali təhsil (Bakalavr və ya magistr dərəcəsi)
- İngilis və ya rus dili (orta səviyyə)
- Peşəkar fəaliyyət üzrə təcrübə (2 ildən çox)
- Müvafiq sahə üzrə idarəetmə təcrübəsi (kollektivin idarəedilməsi)
- Müvafiq sahə üzrə layihələrdə Sətəm təlimlərinin keçirilməsi
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Qavrama və öyrənmə bacarığı yüksək olan
- Səlis danışıq qabiliyyəti
- Dəqiqlik, səbirlilik
- Xarici dil bilikləri (arzu olunandır)
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Kollektivlə işləmə bacarığı olmalıdır
- Ezamiyyətə gedə biləcək namizədlərə üstünlük veriləcəkdir

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram