Qəbul və qeydiyyat üzrə nəzarətçi

Vakansiya detalları

  • Şirkət "AZƏRİDMANSERVİS" MMC
  • Baxış sayı 343
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 25 - 40
  • Əmək haqqı 800 AZN
  • Təcrübə3 ildən 5 ilə qədər

Vəzifələr

Vakansiyanı premium et

Qəbul və qeydiyyat üzrə nəzarətçi

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 09 may 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- Qonaqların qəbulu şöbəsinin effektiv və problemsiz işləməsinə nəzarət etmək
- Qonaqların yerləşdirilməsi ilə bağlı bütün fəaliyyətləri istiqamətləndirmək
- Şirkətin keyfiyyət standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı
- Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək
- İllik hədəfləri təyin etmək və bu hədəflərə çatmaq
- Qonaq şikayətləri ilə maraqlanmaq və problemlərin aradan qaldırılmasına nail olmaq
- Qeydiyyat şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail olmaqda kömək etmək
- Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyata keçirilməsini təmin etmək
- Qonaq məlumatı kartlarının səliqəli və düzgün olub-olmamasını yoxlamaq
- Otaq satışlarının vəziyyətinə və qonaq məlumatlarının toplanılmasına nəzarət etmək
- Qrup rezervasiyalarına nəzarət etmək və onlara verilən otaqların planlamasını etmək
- Bütün yazışmaların, rezervasiya ilə bağlı yazışmaların (qonaqlara yazılan məktublar və s.) vaxtında olub-olmamasını yoxlamaq
- İş vaxtı: 1-5 günlər, saat 09:00-dan - 18:00-dək

Tələblər

- İngilis və rus dillərində yaxşı səviyyədə danışıq
- Elektra V5 program biliklərinə üstünlük verilir
- Bütün aspektlər üzrə mükəmməl ünsiyyət bacarıqları
- Peşəkar və uyğun işgüzar görünüş və təqdimat
- Biznes və ya istirahət mehmanxana müvafiq sahə üzrə rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
- Yüksək səviyyədə təşkilatçılıq və inzibati bacarıqlar
- Peşəkar qonaq xidməti və problemlərin həlli bacarıqları CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik Başlıqda "Qəbul və qeydiyyat üzrə nəzarətçi’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram