Satiş meneceri

Vakansiya detalları

  • Şirkət "İndiqo" MMC poliqrafiya şirkəti
  • Baxış sayı 243
  • İş növü Tam ştat
  • İş rejimi Ofis
  • Cins İstənilən
  • Yaş aralığı 20 - 35
  • Əmək haqqı 500 AZN
  • Təcrübə1 ildən 3 ilə qədər

Vəzifələr

Vakansiyanı premium et

Satiş meneceri

  • Təhsil: Ali
  • Son müraciət tarixi: 27 apr 2024
  • Bakı, Azərbaycan

İş haqqında

- “İNDİQO” MMC Azərbaycan mətbəə bazarında 40 ildən artıq təcrübəyə malik olan, ölkənin ən böyük mətbəələrindən biridir
- Bizim müasir standartlarla inşa edilmiş fabrikimiz, ən son texnologiyaya məxsus avadanlıq parkımız var
- Bu da bizə keyfiyyətli və sürətli işləməyə və müştərilərin ehtiyaclarını çevik şəkildə qarşılamağa imkan verir
- Hal-hazırda şirkətdə 90-dan artıq işçi çalışır
- Hər bir işçimiz unikaldır və biznesin inkişafına böyük töhfə verir
- məhsula və proseslərə birbaşa təsir etmək qabiliyyətinə malikdir
- Onu da deyək ki, səmimi iş atmosferimiz var
- Şirkətdə çalışanların 40%-dən çoxu 15 ildən artıqdır ki, bizimlədirlər
- Daimi müştəriləri qoruyub saxlamaq
- Yeni müştəriləri cəlb etmək
- Aylıq iş planına uyğun olaraq müştəri ziyarətləri həyata keçirmək
- Müştəri bazasına mütəmadi olaraq yenilik və əlavələr etmək
- Kommersiya təkliflərini hazırlamaq və müştərilərə göndərilməsini təmin etmək
- Aylıq satış hədəf və planlarını hazırlamaq və icrasını həyata keçirmək
- Müştəri narazılıqlarını aradan qaldırmaq
- Sifarişi müştəriyə keyfiyyətli və vaxtında çatdırmaq
- Satış planını mütəmadi yerinə yetirmək

Tələblər

- Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur mətbəə sahəsində işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq
- Məntiqi düşüncə tərzi, ünsiyyət bacarıqları çox vacibdir!
- Bizim menecerimiz, yəni sən, satış işi ilə həvəslə məşğul olursan
- İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən
- Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil
- çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən
- Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan
- Kifayət qədər iddialısan və böyümək istəyirsən
- Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən

Müraciət vaxtı bitib, bu elana müraciət edə bilməzsiniz !
Telegram